Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda Azərbaycan çempionu “Qarabağ” klubu Bakıda Kiprin “Apoel” klubu ilə 2:2, heç-heçə oynadı.
Ağdam klubu ilk hissədə erkən qol vuraraq, hesabı açıb. Oyunun 13-cü dəqiqəsində “Qarabağın” ispaniyalı legioneri Dani Kintana öz həmyerlisi Miçelin ötürməsindən sonra, cərimə meydançasına daxil olub, qapıya dəqiq zərbə vurdu.
İlk hissədə üstünlüyə baxmayaraq, Azərbaycan çempionu öz qapısından iki top buraxıb. İlk olaraq 29-cu dəqiqədə qonaqların kapitanı İoannu cərimə zərbəsindən ona tərəf gələn topu başı ilə qapıdan keçirə bilib. Sonradan ilk hissənin sonuncu dəqiqəsində “Qarabağın” müdafiəçiləri Ailton və Rəşad Sadıqovun kobud səhvlərindən istifadə edən Hallenius komandasını hesabda irəli çıxardı.
Hesabda bərabərliyə Azərbaycan çempionu ikinci hissədə, oyunun 59-cu dəqiqəsində nail oldu. Dani Kintanın ötürməsindən sonra Ailton baş zərbəsi ilə qol vurdu.
“Qarabağ” qrupda 4-cü xalını qazandı və ikinci yerdə qərarlaşıb.