“Qarabağ” Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb

Foto: “Qarabağ”ın sosial media hesabı

Azərbaycan çempionu Finlandiya klubunu səfərdə də məğlub edib

“Qarabağ” klubu avqustun 17-də UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsində cavab oyununa çıxıb.

“Köhlən atlar” Finlandiyada HJK komandasının qonağı olub. Oyun saat 20:00-da start götürüb.

İlk qarşılaşmada Ağdam təmsilçisi 2:1 hesabı ilə qalib gəlmişdi. Finlandiyada keçirilən oyunda da qələbə qazanan tərəf “Qarabağ” olub. Azərbaycan çempionu 2:1 hesablı qələbə qazanmaqla, adını Avropa Liqasının pley-off mərhələsinə yazdırıb.

“Qarabağ” növbəti mərhələdə Sloveniya çempionu “Olimpiya” ilə üz-üzə gələcək.

Ana səhifəİdman“Qarabağ” Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb