Avropa Liqasının qrup mərhələsində “Qarabağ” klubu Ukraynanın “Vorskla” klubuna Bakıda 0:1 hesabı ilə məğlub oldu.
Qonaqların heyətində yeganə qolu 47-ci dəqiqədə Kulaç vurdu.
Qrupda digər oyunda Londonun “Arsenal” klubu qonaq meydanda Lissabonun “Sportinq” klubuna 1:0 hesabı ilə qalib gəldi.
Bu məğlubiyyətlə “Qarabağ” klubu növbəti mərhələyə keçmək şanslarını itirdi.
Hazırda qrupda “Arsenal” 9 xalla birinci, “Sportinq” 6 xalla ikinci, “Vorskla” 3 xalla dördüncü, “Qarabağ” 0 xalla dördüncü yerdədirlər.