Azərbaycanla Ermənistan arasında müharibənin 50 tezisi
Rusiyalı siyasi ekspert İlya Topçiy sentyabrın 27-dən başlayaraq 44 gün davam edən Qarabağ müharibəsini
təhlil edib
.
Meydan TV 50 tezisdən ibarət həmin təhlili tərcümə edib:
- 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Dağlıq Qarabağda amansız döyüşlər tərəflərin verdiyi itkiyə və itkinin intensivliyinə görə (44 gün ərzində mülki vətəndaşlar da daxil olmaqla 10 minə yaxın həlak olmuş şəxs), – sutkada orta hesabla qətlə yetirilmiş və iştirak edən qüvvələrin dəstəsinə görə: münaqişənin sonuna qədər cəmi 200 minə yaxın süngü, – postsovet məkanında baş vermiş ən irimiqyaslı hərbi toqquşmalardan biri oldu.
- Biz Qarabağda yeni növ müharibə müşahidə etdik. Həmin müharibədə robotlaşdırılmış, məsafədən idarə olunan texnika və yüksəkdədiqilikli silah böyük rol oynadı. Bu münaqişə profilli hərbi müəssisələrdə mütəfəkkirlərin diqqətli tədqiqat obyekti olmalıdır. Hər şeydən əvvəlsə, tətbiq olunmuş güc və vasitələrin tarazlığı öyrənilməlidir. Hazırkı hərbi kampaniya assimetrik münaqişə xarakteri daşıyırdı. Həmin münaqişənin gedişatında düşmənlər texniki inkişafın müxtəlif səviyyələrində idilər və müvafiq olaraq bir-biri ilə müxtəlif mübarizə üsulları axtarıb tapırdılar.
- Bu, prinsipial müxtəlif texniki inkişaf səviyyələri olan düşmənlərin növbəti müharibəsi idi, məsələn, 2003-cü ildə amerikanların iraqlılarla qarşıdurması kimi. Ermənilər texniki və taktiki cəhətdən XX yüzilliyin 70-80-ci illərində qalmışdılar. Tanklarının dinamik müdafiəsi, aviasiyalarınınsa pilotsuz uçuş aparatları yox idi. Azərbaycanlılar onlardan iki nəsil üstün idilər və onlar bu revanşa iyirmi beş il hazırlaşmışdılar. 2016-cı ildə baş vermiş qısa sərhəd müharibəsi ermənilər üçün eləcə də ilk həyəcan siqnalı olmadı: onlar bundan sadəcə xüsusi, məhdud və təhlükəsizlik dərəcəsinə və şəraitinə cavab verməyən nəticələr çıxardılar.
Mövcud qüvvələr
- Müharibə başlayanda erməni tərəfi “Dağlıq Qarabağ Respublikası”nın (DQR) hərbi qüvvələrinin sayını 18,5 mindən 21,4 minədək artırdı. O cümlədən, hərbi xidmətçilərin 13 minini Ermənistandan olan çağırışçılar və təxminən 8500 döyüşçünü yerli sakinlər təşkil edirdi. Qarabağ əhalisinin hesabına erməni tərəfi hardasa daha yeddi-səkkiz min adam çağıra bilərdi; yerdə qalan boşluğu Ermənistanda səfərbərlik hesabına doldurmalı olacaqdılar. Erməni qoşunlarının “Dağlıq Qarabağ Respublikası”nda yerləşdirilməsi və təchiz edilməsinin hesab həddi hardasa 80-100 min süngü civarında idi. Bu göstəriciyə Ermənistandan olan avtomobil yolları ilə üç həftə ərzində əlavə qoşunların intensiv şəkildə gətirilməsi (texnika ilə; texnikasız bu cür alternativ üsul aşağıda göstərilib) nəticəsində nail olunardı.
- DQR-də erməni qoşunları təşkilati olaraq iki diviziya və HHM ayrıca komandanlıqda birləşdirilib. Birinci xəttin diviziyası – cəbhə boyu ön cinahda 10-cu dağatıcı diviziya (DAD), – bura minimum doqquz motoatıcı polk (MAP) daxil idi, – artilleriya polku, tank briqadası və diviziyanın tabeliyində olan digər hissələr idi. İkinci xəttin diviziyası – cəbhəboyu ikinci eşelon kimi düzülmüş 18-ci motoatıcı diviziya (MAP) idi. Onun tərkibinə 2020-ci il kampaniyasının nəticələrinə görə cənubda minimum beş dağatıcı polk (DAP) daxil idi.
Nəticədə fakta görə, ermənilər müharibənin sonunda divizayalardan hər birinin bazasında mini-korpus qurmuşdular, yəni diviziyalar daha çox inzibati formalaşma və operativ komandanlıq xarakteri daşıyırdı. Bununla yanaşı, DQR-nın coğrafiyası nəzərə alınmaqla erməni tərəfinə minumum üç bu cür diviziya lazım idi: şimalda, mərkəzdə və cənubda hərəkətə keçmək üçün. Yəqin ki, arxa cəbhədə operativ ehtiyat qismində çıxış etməyə qabil dördüncü diviziya yaradılmışdı. Yəni təşkilati planda DQR HQ-nin qurulması qeyri-mükəmməl idi.
- Azərbaycan qoşunlarına beş ordu korpusu daxil idi ki, onlardan dördü Azərbaycanın ərazisində yerləşirdi (1-ci, 2-ci, 3-cü və 4-cü), 5-ci gücləndirilmiş korpussa Naxçıvan anklavı torpaqlarında yerləşirdi. Onlardan üç korpus və 15-16 motoatıcı briqadanı (MAB), həmçinin digər hissələri, o cümlədən tank və artilleriya briqadalarını Azərbaycan DQR-ə hücuma göndərə bilərdi. Yəni hər korpus bir istiqamətə – şimala, mərkəzə və cənuba. Bu, erməni hərbi qüvvələri ilə müqayisədə qat-qat mükəməl və şəraitə cavan verən təşkilatlanma idi.
Müharibə başlayanda Azərbaycan ikinci xətdə cəbhə boyu altı əlavə motoatıcı briqada düzüb, ehtiyatda olan hərbi qulluqçuları səgərbər etməklə qoşunları hərbi zamanla təşkilati-qərargah cədvəlinə keçirib və Bakıda yerləşən 4-cü ehtiyat korpusunun hərbçilərini işə qoşub. Nəticədə Azərbaycan tərəfdən hücuma 20-dən çox motoatıcı briqada (sülh dövrü briqadası qərargahı – təxminən 3500 süngü, daha çox hərbi briqada), iki tank briqadası, artilleriya, dağ və xüsusi hissələr – ilkin mərhələdə cəmi 100 minədək adam, müharibənin sonunda 150 minlik ordu keçib. Beləliklə, Azərbaycan müharibə boyu üçqat üstünlüyə malik olub.
Cənubda bölgü
- Bununla belə, əsas zərbə cənubda endirilib, orda DQR-i mühasirəyə alanların zəncirində Araks çayının məcrası boyu dağların perimetri ilə eni 10-12 kilometr, Horadiz dəhlizi kimi məlum olan dar keçid vardı. Bu keçid hücuma keçən Azərbaycan qüvvələrini dağların arasında geniş sahəyə və düzənlik vadiyə çıxarırdı. Geyan düzənliyi – cəbhəboyu düzülmək və şimala zərbə endirmək üçün geniş sahə – DQR-i Ermənistandan qidalandıran əsas kommunikasiyaya: M-12 Gorus-Laçın-Stepanakert (Xankəndi) ikizolaqlı şoseyə yönəlirdi. Bu,“arxa qapıda”dan girmək, yola çıxmaq və erməni tərəfini ağır vəziyyətə düşürmək imkanı idi.
- Şimalda və mərkəzdə zərbələrin perspektivləri yox idi. Şimalda zərbə – genişmiqyaslı düzülmək üçün əlverişli olmayan dar və dalanlı Tərtər dərəsində həyata keçiriləcək əməliyyat olacaqdı. Üstəlik, ermənilər Sərsəng su hovuzunu minalamışdılar, burda hücuma keçən hissələr mütləq tələyə düşəcəkdi.
Mərkəzdə DQR HQ və DAD-ın əsas qüvvələri yerləşirdi. Burda həmçinin erməni qüvvələrinin əsas anbarları və DQR əhalisinin böyük bir hissəsi vardı. Mərkəzi mövqelərə hücum çarpaz atəş altında keçəcəkdi, belə ki, burda ərazi nal şəkilli vadi boyu pilləli yoxuşdur. Düşmən yamacda idi. Bir də ki bura, mərkəzə DQR-i qidalandıran əsas avtomobil yolu – yuxarıda adı çəkilən M-12 gəlirdi.
Belə çıxır ki, azərbaycanlıların DQR-ə hücumu ya şimal və cənubda cinah hücumlarının köməyi ilə mühasirəyə alma, ya da cənub xəttinin əsaslı şəkildə yarılması idi.
- Nəticədə hücum cənubda baş tutdu. Eni cəmi 10-12 kilometr olan Horadiz dəhlizinin dar sahəsində 2-ci Azərbaycan ordu korpusunun əsas qüvvələrinə qarşı ermənilərin cəmi bir 9-cu MAP-u vardı. Yəni yalnız birinci polkun üç briqadasına qarşı bir polk.
Lakin buna və texniki üstünlüyə baxmayaraq, azərbaycanlılar ermənilərin müdafiəsini və DQR-i perimetr üzrə həlqəyə almış Oqanyan xəttini kifayət qədər yavaş yardılar. Oktyabrın 4-ü, hücumun səkkizinci günü onlar cəmi yeddi-səkkiz kilometr irəliləyə bildilər. Lakin tezliklə “Oqanyan xətti”yarıldı və hücuma keçənlər operativ genişliyə çıxdı.
- Sonra azərbaycanlılar cənubda 2-ci korpusun bazasında bütöv bir ümumi qoşun ordusu düzdülər. Bu orduya minimum yeddi-səkkiz MAB, 4-cü ehtiyat korpusunun tərkibindən T-90C tank briqadası, artilleriya briqadaları və digər hissələr daxil idi. Ümumqoşun ordusu kimi hərəkətə keçən 2-ci korpus iki korpus qrupuna bölünərək, Hadrut-Füzuliyə, daha sonra Martuni (Xocavənd) və Qırmızı Bazara, həmçinin Ermənistan sərhədinə, sonra isə şimala doğru getməklə Laçın və Şuşaya hücuma keçdi. Münaqişənin sonunda bu, 60-70 min zabit və əsgərdən ibarət (bütün qüvvələrin 40-50%-i) qoşun idi. Məhz bu qruplaşma “arxa qapı”dan keçməklə münaqişənin açar rolunu oynadı.
- Azərbaycanın logistikası qat-qat yaxşı idi. Bura təmas xəttindən keçən çoxlu sayda yollar daxil idi. Ermənilərin əlində isə təkcə avtomobil yolları vardı, özü də bircə M-12 yük axınının böyük bir hissəsini təmin edirdi, aşırımlardan keçən yerdə qalan yollarsa olduqca əlverişsiz sayılırdı.
Azərbaycanlıların əlində düzənlikdə avtomobil yollarından savayı, dalan yolla cəbhəyə aparan iki dəmir yolu vardı. Hərçənd onları da o qədər əlverişli saymaq olmazdı. Bununla belə, ermənilərlə müqayisədə Azərbaycan sutka boyu cəbhə xəttinə minimum on dəfə çox qoşun göndərə bilirdi. Üstəlik azərbaycanlıların arxada, cəbhədən onlarla kilometr məsafədə cəbhəboyu yol rolunu oynayan əasa dəmir yolu vardı.
- Beləliklə, Azərbaycan həyəcan təbili çalınan kimi tez bir zamanda qoşunları ayağa qaldıra, düşmən gözünü açmağa macal tapmamış cəbhə xəttinə yaxınlaşa, öz qüvvələrini cəmləyə və mövqelərə əsaslı şəkildə hücuma keçə bilərdi. 2016-cı ilin aprelində azərbaycanlılar “eksperimental” kampaniyada məhz buna bənzəri işləyib hazırlamışdılar. Hərçənd həmin vaxt həlledici hücum elə də baş tutmamışdı.
- Ermənilər 2016-cı ildə baş verənləri tədqiq etmədilər və ya yanlış qiymətləndirdilər, odur ki, 2020-ci il kampaniyasında qəfil yaxalandılar. Onlar şimalda, Azərbaycanın dəmir yolunun olmadığı ərazidə 1-ci Azərbaycan ordusunun korpusuna qarşı üç MAP (6-cı, 7-ci və nömrəsi müəyyənləşdirilməmiş daha bir polk) yerləşdirdilər. Onlar sanki azərbaycanlıların sürətlə cənuba keçə biləcəklərini, Horadiz dəhlizində “təkərlərdən” taran zərbəsi ehtimalını nəzərə almadılar. Halbuki burdan Araz çayı boyu Azərbaycan ərazisindən dəmir yolu keçirdi.
- Nəticədə ermənilər artıq müharibənin əvvəlində, hər şeydən öncə, strateji cəhətdən uduzdular. Azərbaycanlılar nəqliyyat şəbəkələrinin daha yaxşı vəziyyətdə olmasının hesabına sadəcə onlardan üstün oldular və nəticədə həm sayda, həm də təşəbbüsdə daha böyük güc təşkil etdilər. Erməni tərəfinin daha sonra burda, cənubda hücuma keçmək cəhdləri yanan meşəni vedrədəki su ilə söndürmək cəhdlərinə bənzədi.
Əlavə qoşunların daşınması potensialı
- Bu arada erməni tərəfi hətta mövcud resursları ilə belə sıx eşelonlaşdırılmış müdafiə yaratmaqla azərbaycanlıları uda və müharibədə davam gətirə bilərdi. Bunun üçün sözün hərfi mənasında üç-dörd sutka ərzində HƏT-na bir neçə on min adam düzmək lazım idi. Müdafiənin normativlərinə görə – diviziyaya 40-50 kilometr – DQR-a birinci xətdə cəmi dörd-beş hesab diviziyası (40-50 min adam) lazım idi. Bununla yanaşı, üç hesab diviziyası (30 min adam) müharibənin əvvəlində artıq HƏT-da idi. Əlavə 40-50 min adamın gətirilməsi DQR ilə Ermənistan arasında zəif nəqliyyat əlaqəsi üzündən mürəkkəbləşirdi.
Burda elə həmin amerikan HQ-i tərəfindən fəal şəkildə istifadə olunan variant işə düşürdü: qoşunlar artıq HƏT-da yerləşən silah anbarları və hərbi texnikanın yanına yüksüz gətirilir və lazım olan hər şeylə yerindəcə təmin edilirdilər.
- Qarabağ münaqişəsində erməni çağırışçılarını “yüksüz” DQR-a, dislokasiya yerinə gətirmək üçün təxminən min avtobus və üstüörtülü yük maşını lazım olacaqdı. Bu, yetərincə mümkün iş idi və onu iki-üç sutka ərzində həyata keçirmək olardı. Hərçənd müharibə başlayanda bu çağırışçılar qoşunlara çatmağa macal tapmasaydı, onlar rahat şəkildə düşmənin hədəfinə keçəcək və ermənilər böyük itkilər verəcəkdi. Qoşunların cəbhə boyu bu cür yerləşdirilməsi üçün uyğun təşkilatlanma, infrastruktur və hazırlıq lazım idi ki, bütün bu sadalananlar erməni tərəfində yox idi (görünür, buna heç hazırlaşmamışdılar da).
- Erməni tərəfi DQR-da bütün mümkün qüvvələrini cəmləmədi. Atəşkəs bağlanandan və hərbi əməliyyatlar bitəndən sonra Ermənistanın Baş naziri Nikol Paşinyan qeyd edib ki, Şuşanın şərqində və cənub-şərqində 20-30 min erməni əsgərindən ibarət qruplaşma mühasirəyə düşə bilərdi. Müharibənin sonunda erməni tərəfinin ixtiyarında şimalda diviziya qruplaşması ilə, o cümlədən Şuşadan qərbdə Laçın, Qubadlı və bəlkə də Zəngilan istiqamətində təxminən 50 mindən ibarət hərbi qüvvə vardı.
Bununla belə, Ermənistandakı iki korpus – Horisdə Xaçaxbyurda 1-ci və 2-ci ordu korpusları DQR-da vuruşan həmvətənlərinə qismən yardım edirdi. Bu isə 40-50 min əsgər idi. Görünür, bu, Ermənistan rəhbərliyini siyasi qərarı idi.
- Üstəlik, oktyabrın 20-dən sonra Azərbaycan tərəfi sərhədə çıxdıqdan sonra Ermənistandan 1-ci və 2-ci ordu korpuslarının bilavasitə girməsi onların PUA və Azərbaycan artilleriyasının sayəsində məğlubiyyət zonasında olması ilə mürəkkəbləşdi. Bir də ki 40-50 min erməni hərbi qulluqçusunun – dörd motoatıcı diviziyanın, Ermənistan hərbi qüvvələrinin iki ordu korpusunun dağ yolları və aşırımlarla gətirilməsi olduqca çətin başa gəlirdi: bu yollarla məlum sürətlə iki həftəyə gəlib çıxmaq olardı (sutkada üç-dörd min adam və bir neçə yüz texnika). Azərbaycanlılar bu iki həftə ərzində erməni hissələrinə ciddi zərər vura bilərdi, odur ki, onları ya əvvəlcədən (azərbaycanlılar cənubda DQR sərhədinə çıxmazdan əvvəl), ya M-12 trası ilə təhlükəsiz marşrutla (mərkəzdə), ya da bir çox maskalama tədbirləri nəzərə alınmaqla gətirmək lazım idi.
- Hətta Şuşanın məğlub olması və DQR ilə Ermənistanı birləşdirən M-12 Gorus-Laçın-Stepanakert əsas nəqliyyat kommunikasiyası avtomobil yolunun qarşısının kəsilməsi ilə DQR müqavimətinin resursları sonadək tükənməmişdi. Şuşaya gedən əsas yolu dolanaraq, dağı keçən azərbaycanlılar çox yorulmuşdular və təhlükəli vəziyyətə düşmüşdülər. Ermənilər əvvəlkitək Qırmızı Bazara gedən avtomobil yoluna nəzarət edir və Laçına gedən yolda Həkəri dərəsini atəşə tuturdular. Bundan başqa, DQR ərazisində ermənilərin kifayət qədər ehtiyatı olduğu təqdirdə onlar müharibəni təcrid olunmuş şəkildə davam etdirə bilərdilər (məsələn – 1904-cü ildə Port-Artur). Deməli, artıq deyildiyi kimi, münaqişənin tələsik bitməsi müstəsna olaraq siyasi qərar idi.
20. Vəziyyəti münaqişənin qırx günü ərzində Araz ətrafına yüzminlik ordusunu gətirən, həm Azərbaycana həm də Qarabağa qarşı 2020-ci ilin noyabrın əvvəlində minimum dörd diviziyası, səkkiz ayrı briqadası, HHM hissələri və bir çox başqa hərbi hissələri olan (iki eşelonda 120-140 minə qədər süngü) İranın anlaşılmaz mövqeyi tamamlayırdı. Bu qüvvələrin böyük bir hissəsi İranın DQR ilə dar yüzkilometrlik sərhədində cəmlənmişdi. 2-ci Azərbaycan korpusu elə arxada və cinahlarda bura hücuma keçmişdi. İranın hərbi qüvvələri Azərbaycan korpuslarına qarşı hücuma keçsəydi və DQR-in Ermənistanla sərhəddə iki erməni ordu korpusunun mövcudluğunu nəzərə alsaq, – onlar da dağlardan keçməyə cəhd edə bilərdilər, – cəbhənin cənub tərəfində 2-ci Azərbaycan korpusunun vəziyyəti fəlakətli olardı. Strateji cəhətdən burda 60-70 min azərbaycanlı əsgər üç tərəfdən mühasirəyə düşmüş olurdular. Onlar şimaldan, qərbdən və cənubdan onları iki-üç dəfə üstələyən düşmənin zərbəsinə məruz qalacaqdılar.
21. Lakin nəticədə yeni Qarabağ müharibəsində uğur təkcə texniki üstünlük və Azərbaycanın baş qərargahının qeyri-standart qərarları sayəsində qazanılmadı. 1991-ci ildə Körfəzdəki müharibədə olduğu kimi (nümunə bir sıra bənzər şərtlərə görə gətirilib), uğur həmçinin say üstünlüyü ilə əldə edilib. Əgər ermənilərin müharibənin sonunda DQR-da hardasa 50 min süngüsü vardısa, həmin vaxt azərbaycanlıların 150 min hərbi qulluqçusu döyüşürdü. Bu isə üç dəfə çox deməkdir. Analoji olaraq, 1991-ci ildə Səddam Hüseynin 300 min əsgərinə qarşı ABŞ-ın rəhbərliyi ilə ölkələrin koalisiyasının milyonluq qruplaşması döyüşürdü.
22. 44 günlük müharibə ərzində ermənilər DQR-a sadəcə 50 min hərbçi göndərdilər (bu qədər say kampaniyanın başlanğıcında iki-üç gün ərzində lazım idi). Onlardan 10-15 minini Ermənistanın nizami ordusunun hərbi qulluqçuları təşkil edirdi, yerdə qalanlar könüllülər və ehtiyatda olan hərbçilər idi. Halbuki avtomobil yolları təchizat müstəsna olmaqla, 130-170 min insanın (sutkada üç-dörd min) adamın gətirilməsinə imkan verirdi. DQR, şübhəsiz ki, Ermənistandan lazımınca möhkəmləndirilmədiyi üçün məğlubiyyətə uğradı.
AR FOTO/TAS
“
Boyd düyünü”nü kim bağladı
23. Qarabağ HƏT-nın starteji və operativ səviyyələrindəki nümunələr “Boyd silsiləsi”konsepsiyasını, həmçinin “Boyd düyünü”nü – zəmanəmizin amerikan hərbi nəzəriyyəsinin müddəalarını aydınlaşdırır. Bu konsepsiya silsilə ardıcıllıqla ifadə olunur: müşahidə – aşkar etmə – qərar – hərəkət. Azərbaycan bu ardıcıllıq çərçivəsində texniki üstünlük sayəsində erməni tərəfini üstələdi.
24. Müvafiq olaraq erməni tərəfinin operativ səviyyədə azərbaycanlıları tələyə salmaq cəhdləri (geri çəkilmək və cinahdan zərbə endirmək, mühasirəyə almaq və darmadağın etmək – 2020-ci il oktaybrın 10-11-i Cəbrayıl döyüşündə olduğu kimi) təkcə məğlubiyyətlərə, yüksək itkilərə, ərazi və hissələrin hərbi qabiliyyətlərinin əldən verilməsinə gətirib çıxarırdı, əvəzində düşmənin hücum tempi azalmırdı. Əksinə, o daha da artırdı. Geyan düzənliyinin düzəngah ərazisində ermənilər, ümumiyyətlə, bu cür döyüşlərdən əl çəkməliydilər. Onlar təkcə Cəbrayıl döyüşündə havayıdan yüksək itkilərə məruz qaldılar – iki sutka ərzində ik-üç min əsgər həlak oldu.
25. Azərbaycan baş qərargahının fəaliyyəti diqqəti cəlb edir. Bu fəaliyyət, şübhəsiz ki, türk həmkarlarının birbaşa kuratorluğu və məsləhətləri ilə həyata keçirilirdi. Erməni opponentlərinin yetərincə şablon və aydın əmələrindən fərqli olaraq, bu hərəkətlər çevik və qeyri-standart idi. Məsələn, Horadiz dəhlizi yarılanda: bu zaman azərbaycanlı hərbçilər geyan düzənliyinin dərinliyinə doğru getmədilər, onlar ilk növbədə Hadrut və Füzulu istiqamətində “boğazın”genişlənməsinə nail oldular ki, bu da cinahdan erməni əks-hücumunun qarşısını almış oldu.
Düşmənin möhkəmləndirilmiş rayonları ilə mübarizə məqsədilə onlara birbaşa hücum təşkil olunmurdu, əvvəlcə yüngül dağ piyadalarının mobil qrupları düşməni sıxışdırır, yalnız bundan sonra həlledici addımlar atılırdı. Şuşa bu cür təfəkkür fəaliyətinin apofezi oldu. Mürəkkəb keçiddən mərkəzi möhkəmləndirilmiş obyektə xüsusi aviadəstək olmadan hücumlar, Laçınla Şuşa arasında M-12 avtomobil yoluna yayındırıcı hücum seriyaları, bundan sonra Şuşanın özünün alınması ilə nəticələnən əsas hücum.
26. İtkilər son dərəcə çox oldu, ilk öncə də, erməni tərəfi üçün. Sutka ərzində tərəflər təkcə yüzdən artıq itki verdi. Erməni siyasi xadimi Mikael Minasyan xəbər verdi ki, müharibə ərzində erməni tərəfi 4750 adam itirdi. Bundan başqa, 20-25 min hərbçi yaralandı, onlarla erməni əsir düşdü. Yəni ermənilər DQR-a 80 min silahlı əsgər yığmışdı və onlardan 20-30 mini itirildi (30-40% çox yüksək faizdir; itkilər çıxmaqla hardasa 50 min döyüşçü qaldı). Bu, hər şeydən əvvəl düşmənin keyfiyyət və say üstünlüyünə və məğlubiyyətlə nəticələnən bir sıra döyüş nəticəsində oldu.
Azərbaycan itkiləri, görünür, tutuşdurula bilər – hardasa təkcə 4000-4500 insan həlak olub, – belə ki münaqişənin əvvəlində “Oqanyan xətti”nə hücuma keçən Azərbaycan böyük itki verib. Daha sonra isə Azərbaycan dəstələri dəfələrlə mühasirəyə düşüb və hücuma keçərkən, mövqelərini möhkəmləndirərkən itkilər verib.
STANİSLAV KRASİLNİKOV/ TASS
Yüngül dağ piyadalarının taktikası
27. Dağ müharibəsi şəraitində ağır texnika istər-istəməz yol kommunikasiyalarına və müxtəlif dağ keçidlərinə – dərələrə və vadilərə rast gəlmiş olurdu. Bu şəraitdə tərəflərin “ağır” hissələrinin HƏT-da manevrləri məhdud və öncədən hesablanmış olurdu, sadalanan kommunikasiyaların buraxılış qabiliyyəti isə məhdud idi. Bu cür vəziyyətdə “ağır”hissələrin qəfil zərbə və əks-zərbə endirməsi istər-istəməz sadalanan məhdudiyyətlətlə qarşılaşırdı. Bu, xüsusilə texniki cəhədən uduzmuş vəziyyətdə olan və əks-hərəkət üçün assimetrik üsullar axtarmağa məcbur qalan tərəf üçün aktual idi. O cümlədən erməni hərbçiləri bu cür keçidlərdən uzun müddət ərzində keçməli olurdu ki, nəticədə əks-hücumun qarşısı alınırdı. Bundan başqa, qoşunlar bunun nəticəsində dar dağ keçidlərində ilişir, qarşı tərəfin atəşinə məruz qalır və mühasirəyə düşürdü.
28. Ağır silahla çoxlu sayda qoşunlardan istifadə edə bilməmək nəticəsində daşına bilən silahla, xüsusi hazırlıqla və təchizatla yüngül dağ piyadalarının taktikası aktuallaşırdı. Bunlar çətin keçilən yerlərdə hərəkət edə bilən dəstələr idi. Çətin keçilən ərazilərdə geniş nəqliyyat sisteminə arxalanmayan bu mobil qrupların taktikasından 2015-ci ildə Honkonq və Birmada (Myanmada) müharibə zamanı çinlilərin 14-cü ordusu və Çin xalq azadlıq ordusunun xüsusi təyinatlıları, 1994-1996-cı və 1999-2005-ci illərdə Çeçenistandan qeyri-qanuni hərbi qruplaşmalar, o cümlədən Suriyadakı döyüşçülər istifadə edib.
29. Görünür, müvafiq şəkildə təlim keçmiş bir neçə min suriyalı döyüşçü məhz bu məqsədlə türklər tərəfindən Qarabağa gətirilib, azərbaycanlıların özləri isə bütün mümkün xüsusi təyinatlılarını və mövcud dağ piyadalarını hərəkətə keçirib. Hətta Naxçıvan Müxtar Respublikasından (NMR) xüsusi təyinatlı batalyon gətirilib.
30. Yüngül atıcı silahlarla, TƏRK və DZRK yüngül minaatanlarla silahlandırılmış dağ piyadaları yamaclarda və dağ zirvələrində hərəkət edə, mürəkkəb ərazilərdə düşmənin müdafiəsini yara, yola çıxa, yan yollarla gedə və mühasirə qura, artilleriya, PUA, YARS və OTRK atəşlərini korrektə edə, düşmənin arxa cəbhəsində hücumun mühüm obyektlərinə doğru irəliləyə bilər (2020-ci il noyabrın 6-10-da mahiyyət etibarı ilə elə bu baş verdi).
31. Erməni tərəfinin taktikası möhkəmləndirilmiş rayonların və ağır keçid kolonlarının köhnə ağır sisteminə arxalanırdı. Bu taktika yetərli sayda, tez reaksiya verə bilən mobil qrupları ayırmaq iqtidarında deyildi və düşmənin hərəkətlərinə qarşı, demək olar ki, gücsüz idi. Bu, mahiyyət etibarı ilə passiv müdafiə taktikası və təşəbbüsçü düşmənin aksiyalarına qarşı passiv reaksiya idi. Halbuki özünün hücuma keçməsi ilə müqayisədə qarşıdakının hücumuna qarşı qat-qat çox resurs xərclənirdi. Hətta ərazidən xəbərdar olmaq belə xüsusi olaraq xilas etmirdi: azərbaycanlılar və onların nəzarətində olan siriyalılar tez-tez özləri pusqu qurur, erməni dəstələrini ələ keçirir. Bəzi məlumatlara görə, eyni şey noyabrın əvvəlində Şuşada baş verib, həmin döyüşlərdən birində yüzdən çox erməni hərbi qulluqçusu və könüllü həlak olub.
32. Hərçənd yüngül dağ piyadalarının istifadəsi perspektivini, o cümlədən bu dəstələrin təchizat zərurətini mürəkkəb dağlıq ərazi məhdudlaşdırırdı. Müvafiq olaraq, qətiyyətli hücumlar kiçik dərinliyə edilir, bundan sonra dəstələr dayanır və ehtiyatların doldurulmasını gözləyirdi. Azərbaycan tərəfinin dağlıq və dağətəyi yerlərdə – oktyabrın 10-18-i Hadrutda, oktyabrın sonunda – noyabrın birinci dekadasında Şuşanın ətrafında aşağı templə irəliləməsi bununla bağlıdır. Qırmızı Bazarın ətrafında, Martunidə və Laçında, ümumiyyətlə, ləngimə baş verdi.
33. Azərbaycan qoşunlarının dağlarda hərəkət alqoritmi faktiki olaraq belə görünürdü: dağ zirvələrinin və dağ silsilələrinin alınması – artilleriya və PUA-nın qarşılıqlı əlaqəsi ilə mövqelərin və dağ yollarının təchizatı – ağır texnika və artilleriya ilə kolonların bir yerə yığılması – istirahət və ehtiyatların yığılması – yenidən eyni sxemlə irəli getmək. Beləliklə, hər bu cür mərhələ balaca bir dərinlikdə baş verirdi, bu, sözün hərfi mənasında bir neçə kilometr idi, daha sonra mütləq dayanacaq olurdu.
AR/TASS
Məsafədən müharibə
Taktiki səviyyədə Azərbaycan tərəfinin uğuru yüngül dağ piyadalarının tətbiqindən savayı həm də PUA-dan – özü gedən artilleriyadan istifadə təşkil edirdi. Qarşılıqlı əlaqə peyk naviqasiyası ilə (azərbaycanlılar Bakıda fransızların dəstəyi ilə kosmik mərkəz yaradıblar) təmin olunub. Bu zaman dronların tətbiqi miqyası müqayisədə çox olmayıb: müxtəlif qiymətləndirmələrə görə, “patrul çəkən silah-sursat” sinifli pilotsuz uçuş aparatları və digərləri nəzərə alınmamaqla, səmada 8-15 ədəd “Bayraktar” PUA-ları olub (bu elə də çox deyil). Korrektə və hədəfi nişan alma həm peyk naviqasiyası, həm də qarşıda olan diversiya-kəşfiyyat qrupları ilə dəstəklənib.
35. Erməni tərəfinin müasir və kütləvi şəkildə pilotsuz uçuş aparatlarına laqeyd qalması müharibə prosesində onların ən böyük iflası oldu. Düşmən faktiki olaraq səmaya hakim idi və real zamanda döyüş sahəsinin mənzərəsini görə bilirdi. Əvəzində erməni tərəfi “müharibənin dumanı”na düşmüşdü. Taktiki, operativ və strateji səviyyələrdə – hərb sənətinin bütün sahələrində məğlubiyyətlər məhz bununla bağlı idi. Ermənilərin pilotsuz uçuş aparatları yalnız müharibənin sonuna doğru üzə çıxdı, üstəlik bu zaman köhnəlmiş nümunələrdən istifadə olundu.
36. Azərbaycanlıların PUA-nın havada hökmranlığına həmçinin HHM-in darmadağın edilməsi səbəb oldu: müharibənin əvvəlindəcə ermənilərin hava hücumundan müdafiə kompleksləri prioritet hədəfə çevrildi. Daha sonra əldə olunmuş disbalansı tarazlaşdırmaq mümkün olmadı. Üstəlik, ermənilərin HHM-si heç də uğurlu şəkildə yerləşdirilməmiş və istifadə olunmurdu. Odur ki, nəticədə aşağı faydalı əmək əmsalına malik oldu. Azərbaycanlıların pilotsuz uçuş aparatları müharibənin böyük bir hissəsində səmaya ağalıq etdi, bununla yanaşı, rəsmi Bakı öz aviasiyasından (təyyarələr və vertolyotlar), demək olar ki, istifadə etmədi, ya da çox məhdud sayda istifadə etdi.
37.Ermənilər, görünür, ordu aviasiyasından, elə həmin Cy-25-dən, o cümlədən zəbt etmək məqsədi ilə istifadə edib, lakin vəsait qıtlığı ucbatından bu vəziyyətdən çıxış yoluna çevrilməyib. Bundan başqa, maskalama kimi radioelektron mübarizə vasitələri (RMV), pis hava şəraiti, həmçinin meşə yanğınlarının tüstüsündən (tərəflər bir-birini meşələri yandırmaqda günahlandırıb) istifadə olunub. Lakin hava təhlükəsinə qarşı mübarizədə yuxarıda sadalanan vasitələrdən yalnız uğuru təkcə kompleksli, sistemli və kütləvi şəkildə istifadə etməklə, bir də yetərli sayda pilotsuz uçuş aparatına malik olmaqla uğur əldə etmək mümkün idi.
38. Azərbaycanın pilotlu aviasiyadan zəif və məhdud şəkildə istifadə etməsi öz aviaqruplaşmaları az olduğundan, bahalı nümunələrin itkilərini minimuma endirmək arzusu ilə izah olunur. Beləliklə, seçim robotlaşdırılmış və məsafədən idarə olunan texnikanın (onların itkisi daha az tənqidə məruz qalıb) üzərinə düşüb.
39. Azərbaycanlıların özügedən artilleriya (ÖGA) işində çexlərin “Dana” ÖGA-nı seçməsi (hərçənd rusların “Msta-S”, “Pionlar” və digər özü gedən artilleriyasından da istifadə olunub) diqqəti çəkir. Faktiki olaraq 36 özügedən qısalüləli ağır top ayrıca artilleriya briqadasına ayrılıb ki, cənub cəbhəsində sahədən sahəyə gedən həmin briqada müvafiq nəticələri təmin edib. Azərbaycan tərəfinin özünün dediyinə görə, sadalanan ÖGA-nı “sürətli atıcılıq qabiliyyətinə və digər taktik-texniki xüsusiyyətlərinə” görə alıb.
Qeyd etmək lazımdır ki, azərbaycanlılar öz əsas müttəfiqlərindən – Türkiyədən 155-mm ÖGA almayıb. Ya Bakıda artilleriyanın kalibrlərində müxtəliflikdən qaçıblar, ya da türklər özləri silahın bu nümunəsini satmamağı qərara alıblar.
40. Gələcək münaqişələrin silahlanmasında zəfər əldə edilməsində aparıcı qüvvə kimi artilleriyadan istifadə, – o, döyüşlərdə bütün itkilərin 80-90%-ni reallaşdırmağa qadirdir, – əsas məsələdir. 2020-ci il Qarabağ müharibəsinin timsalında, o, bir yerdə dayanan artilleriyanın tədricən geri arxa plana keçməsini, iri kalibrli (150-210 mm) özügedən artilleriyanın önə çıxmasını ifadə edə bilər. Bu artilleriya böyük məsafədən tətbiq olunur və tez-tez öz mövqeyini dəyişir.
AR/TASS
Müharibənin bəzi trendləri
41. Ermənilər şəhər şəraitində uzunmüddətli döyüşlərə aparmağa qabil olmadılar. Hərçənd qeyd etmək lazımdır ki, DQR-da iri şəhərlər yoxdur, ən iri yaşayış məntəqəsi – Stepanakertdir (müharibədən əvvəl əhalisinin sayı 55 min olub). Burda əsasən birmərtəbəli evlər var, urbanizasiyalaşdırılmış yerlərdə müdafiə rolunu oynaya biləcək yüksəkmərtəbəli binalar və komplekslər, demək olar ki, yoxdur. Bununla belə, ermənilər xüsusi müqavimət olmadan öz iri yaşayış məntəqələrini (Hadrut, Zəngilan) əldən verdilər ki, bu da binada adekvat müdafiə qurmaq bacarığına şübhə ilə yanaşmağa səbəb olur. Nəzəri cəhətdən ermənilər bir müdafiə qura bilsəydilər, Stepanakertdə uzun müddət qala bilərdilər. Məsələn, Suriyada Manibc yaşayış məntəqəsində kürdlərin türk ordusuna qarşı uğurlu və uzunmüddətli müdafiəsi.
42. Ermənilər həmçinin ərazidə uyğun fortifikasiyaya məhəl qoymayıblar. Amerikanların İraqda və Əfqanıstanda dağ sığınaqlarına, İsrailin Livanda “Hizbullah”a qarşı hərəkətlərinin analiz üçün zəngin təcrübələrinin olmasına baxmayaraq, bu təcrübə heç bir şəkildə nəzərə alınmayıb. Ön mövqelər zəif və başdansovdu təchiz edilib, çoxlu sayda zəif açıq mövqelər olub, keçidlərin minalanması da lazımınca həyata keçirilməyib.
43. Qarabağda sonuncu müharibə, həmçinin İsrailin Livandakı kampaniyası nəzərə alınmaqla, fortifikasiyanın qoşunların ərazidə hərəkətini ləngitməyə qadir növbəti inkişafı aktual olub. Hərbi istehkamlar yeraltı tunelərin əlaqəli sistemi kimi görünməli idi. Bu tunellərdən yuxarı çıxmaq və maskalanmış qapalı mövqelərdən atəş açmaq olardı. Minalanma əvvəlki kimi aktuallığını qoruyub saxlayırdı. Müdafiənin ehtiyat sərhədləri tələb olunurdu: ermənilərdə Geyan düzənliyində, bir sıra gurultulu bəyanatlara baxmayaraq, sanki bu heç yerli-dibli yox idi.
44. Özlüyündə mövqelərin bu cür təchiz olunması panaseya deyil. Amerikanlar beləcə fəal şəkildə uzaq strateji aviasiyanın təyyarələrindən bunker əleyhinə bombalar tətbiq ediblər – belə bir şey, sözsüz ki, Azərbaycanda olmayıb. Bundan başqa, sistemli yeraltı sığınacaqlardan maye partlayıcı maddə və ya zəhərləyici qazların təsiri ilə onların sarsılması da müstəsna deyil. Üstəlik, müdafiənin bənzər formatı özünü pis göstəməyib, məsələn, 2006-cı ildə Livanda “Hizbullah” İsrailin yüksək texnologiyalı qüvvələrinə qarşı kifayət qədər uğurla dayana bilib.
Yüksəkdəqiqlikli silahdan istifadənin qıtlığı onun tez tükənməsidir. Qərb ölkələri İraqda və Livanda kampaniyalar həyata keçirəndə belə bir şey baş verib. Burda məsələ müvafiq şəkildə HİK-nin istehsalı, eksportu, qiymət və kütlənin uyğunluğudur. Bu da öz növbəsində hazırlanmış şəxsi tərkibə – xüsusi qüvvələrə, PUA-nın operatorlarına və digərlərinə aiddir. Onun itkisi, itkini vaxtında doldura bilməmək düşmən qarşısında bir sıra üstünlüyə gətirib çıxara bilər.
46. Qarabağda 2020-ci il payız kampaniyası tankların əvvəlki trendinin aşağı düşməsini və PUA-nın TƏPK-nin və artilleriyanın trendinin artmasını göstərdi. Tanklar mahiyyət etibarı ilə piyadaları dəstək vasitəsinə çevirdi, yəni Birinici Dünya Müharibəsindən sonra bir çox ölkədə aldıqları rola qayıtdı. Rotadan yüksək dərəcədə tank bölmələrinin tətbiqi özünü tamamilə doğrultmayıb və yalnız itkilərin artmasına gətirib çıxarır.
EPA-EFE/SIPAN GYULUMYAN / ARMENIAN DEFENSE MINISTRY PRESS OFFICE / PAN PHOTO/ТАSS
47. İri mexaniki və tank kütlələrinin tətbiqi sonuncu dəfə 2003-cü ildə amerikanlar İraqa girərkən effektli olub. Lakin orda keyfiyyətli altızolaqlı şosselər, düz yerlər olub, əvəzində lazımınca müqavimət göstərilməyib. Üstəlik, amerikanlar iraqlılardan qat-qat güclü idilər. İraqlılarsa öz qoşunlarını döyüş meydanına çıxararkən kişik hissələrdə yerləşdirib, özü də bu zaman müdafiə düyünləri və yetərli operativ sıxlıqlar qurmayıb.
Beləliklə, hazırda dərin əməliyyatlar üçün əməiyyətli şəkildə tank qüvvələrinin tətbiqi mümkündür, lakin bunun üçün uyğun ərazi, yetərincə inkişaf etmiş nəqliyyat şəbəkəsi olmalıdır. Üstəlik, düşmən üzərində keyfiyyətli və kəmiyyətcə üstünlük təşkil edilməlidir.
48. Uzaq məsafədən YARS və raket silahının tətbiqi həmçinin optimal olmayıb. O cümlədən müharibədən əvvəl Şuşada dayanan, DQR HQ-nin artilleriya polkuna, Arsaxın (Qarabağ) müdafiə ordusuna məxsus“Smerç”YARS. Azərbaycanın Gəncə, Tərtər və digər rayonlarının raket atəşinə tutulması yəqin ki çarəsiz bir jest, həmçinin terror aktı və Stepanakertə (Xankəndi) analoji atəşə qisas kimi görünürdü. Hadisələrin bu cür gedişatı, görünür, ermənilərin aydın məqsədlərinin olmaması, düşmənin səmada üstünlüyü və “müharibənin dumanı”nda hərəkət etmək zərurəti ilə bağlı idi. Ermənilər, görünür, sadəcə hara atəş açacaqlarını bilmirdilər, odur ki, 1991-ci ildə Səddam Hüseynin Körfəzdəki müharibədə etdiyi kimi hərəkət edirdilər: düşmənin vətəndaş infrastrukturuna zərbə endirirdilər. Bundan başqa, erməni tərəfinin yüksək dəqiqlikli operativ-taktiki raket kompleksləri çatışmırdı, o cümlədən “Elbrus”(Köhnə raketlərdə qərb klassifikasiyasına görə, “Anbar”).
49. Diqqəti həmçinin Azərbaycan tərəfinin əməliyyatın yüksək informasiya təminatına yönəltmək lazımdır. Mahiyyət etibarı ilə qoşunların cəbhə boyu düzülməsi və hücumu KİV üçün gizli qaldı və hücum qəfil həyata keçirildi. Bu, hətta 2016-cı ildəki vəziyyətdən fərqlənirdi. Həmin vaxt hücuma keçən Azərbaycan ordusunun kadrları dərhal şəbəkəyə sızmışdı, bəzilərində hətta orda iştirak edən hissə və dəstələrin nömrələri müzakirə olunmuşdu. Döyüşlərin ilk günündə, KİV-ə, demək olar ki, məlumat sızmırdı. Sonra münaqişə “informasiya dövrə”si yığanda Azərbaycan tərəfinin təbliğatı erməni tərəfdən qat-qat yüksək oldu. Bu, uzunmüddətli və keyfiyyətli şəkildə hazırlıqdan xəbər verirdi.
50. Azərbaycanlıların bütün DQR-i aldığı təqdirdə erməni tərəfinin partizan müharibəsi təşkil etməsi ehtimalı şübhəlidir. Birincisi, müharibə zamanı praktiki olaraq heç bir diversiya aksiyaları (ermənilərin diversiya-kəşfiyyat qrupları, demək olar ki, iştirak etməyib) keçirilməyib. Halbuki onlar Hadrut və Füzulidə hətta dağ landşaftını yaxşı bilirdilər. İkincisi, ermənilərn partizan kampaniyası üçün əsas resursları – əsas etibarı ilə kənd yerlərində uyğun çoxsaylı əhalisi yoxdur. Artıq müharibənin ilk üç həftəsində DQR-in müharibədən əvvəlki erməni əhalisinin böyük hissəsi – 150 min vətəndaşdan təxminən 90 mini – yəni 60%-i Ermənistan ərazisinə qaçıb.