“Qara şəhər”lilərin qaz xəttləri kəsildi (VİDEO)

4 iyulda səhər saat 10 radələrində Qara şəhərdə 20-yə yaxın evin qaz xəttləri kəsilib, sayğaclar götürülüb. Ərazidə söküntü getsə də, həmin evlərdə yaşayış var.

Sakinlər qaz xəttlərinin kəsilməsini onların evdən çıxması üçün təzyiq hesab edirlər. Natiq Əbilov deyir ki, o, hər kvadrata 750-1000 manat kompensasiya verilməsi ilə razı deyil.

Hadisədə iştirak edən Xətai rayon İcra Hakimiyyətinin şöbə müdiri Nizaməddin Əkbərov deyir ki, binada yalnız iki sakin söküntüyə razı olmadığına görə qaz xəttlərin kəsiblər. O, əlavə edir ki, bu günə qədər ərazidən 300-dən artıq ailə köçürülüb. Şöbə müdiri kompensasiyanı ekspertizanın təyin etdiyini və əraziyə uyğun olduğunu bildirir.

“Qara şəhər”də – 221 hektarlıq sahədə “Ağ şəhər” salınır. “Ağ şəhər” layihəsinin təməlqoyma mərasimi 2011-ci ilin dekabrında olub. Bu ərazidə inzibati və yaşayış binalarının, ticarət mərkəzlərinin tikilməsi planlaşdırılır. Layihəyə görə 850-yə yaxın ev plana düşüb.

Ana səhifəVideo“Qara şəhər”lilərin qaz xəttləri kəsildi (VİDEO)