”Qara bazar”’da xarici valyuta satanlar saxlanıb

Faktlarla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırmalar davam etdirilir

Source:
foto sosial şəbəkə
foto sosial şəbəkə


Faktlarla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırmalar davam etdirilir

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Səbayel rayonu ərazisində qanunsuz valyuta mübadiləsi fəaliyyəti ilə məşğul olan şəxslər saxlanılıb.

DİN mətbuat xidmətindən “Turan”a verilən məlumata görə, Abşeron rayon sakini Səbuhi Əliyev və Bakı şəhər sakini Emil Əhmədov 41 min 630 ABŞ dolları və 30 min avro məbləğində pulu “qara bazar”da 135 min manata satan zaman saxlanılıblar.

Baş İdarə əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində isə Nərimanov rayonu ərazisində qanunsuz valyuta mübadiləsi ilə məşğul olan daha bir şəxs – Bakı sakini Kamran Şərifov 54 min 585 ABŞ dollarını 100 min manata satarkən saxlanılıb.

Onun yaşadığı mənzilə baxış zamanı oradan əlavə olaraq 12 min 600 manat və 7 min 515 ABŞ dolları aşkar edilərək götürülüb.

Faktlarla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırmalar davam etdirilir.

Ana səhifəXəbərlər”Qara bazar”’da xarici valyuta satanlar saxlanıb