Qar Bakı-Sumqayıt yolunu bağladı

Avtomobillər saatlardır yolda qalıb

Source:


Foto Arxiv


Avtomobillər saatlardır yolda qalıb

Yanvarın 8-də yağan qar Bakı-Sumqayıt yolunu bağladı. Gecə saatlarında ərazidə avtomobillərin hərəkəti dayanıb. Meydan TV-yə bu barədə hazırda həmin ərazidə olan əməkdaşı məlumat verib. Onun sözlərinə görə, gecəyarısı olmasına baxmayaraq, artıq saatlardır avtomobillər Bakının Şamaxinka deyilən ərazisindən keçə bilmirlər.

Artıq bir neçə gündür ki, Dövlət Yol Polisi hava şəraitinin kəskinləşməsi ilə əlaqədar yollarda problemlərin yaşanacağını bəyan edirdilər. Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovun Trendə verdiyi məlumata görə, hazırda yol polisi əməkdaşları gücləndirilmiş iş rejiminə keçiblər. Paytaxtın enişli-yoxuşlu, sərt döngəli yollarına, körpü və tunellərinə tam nəzarət edirlər: “Saat 7-dən etibarən hava şəraiti əlaqədar paytaxtın inzibati ərazisinə aid olan küçə və prospektlərdə kəskin buz qatı yaranıb. Yolların enişli-yoxuşlu hərəkət hissələri üzrə nəqliyyat vasitələrinin hərəkəti üçün təhlükə yaranıb”.

Ana səhifəXəbərlərQar Bakı-Sumqayıt yolunu bağladı