Daha 42 karxanada araşdırmalar davam edir
Əmlak Məsələləri Dövlət Komitəsi ölkədə fəaliyyət göstərən daş və qum çınqıl karxanalarında apardığı monitorinq nəticəsində aşkar edilən qanun pozuntuları səbəbindən 250 daş karxanasının bağlanması barədə qərar qəbul edilib.
Komitədən “APA-Economics”ə verilən
məlumata
görə, ümumilikdə respublika üzrə 585 daş və qum-çınqıl karxanalarının fəaliyyət göstərdiyi müəyyən edilib və onların elektron məlumat bazası yaradılıb.
Hazırda 238 daş və qum-çınqıl karxanaları fəaliyyət göstərir ki, ondan 23-ü qanuni sənədləşmə aparılmaqla işləyir. Monitorinqlər nəticəsində 127 karxanada baş vermiş qanun pozuntusu hallarına görə inzibati protokollar yazılıb, 46 karxananın fəaliyyətində torpaq sahəsinin özbaşına zəbt olunması halları olduğundan tərtib olunmuş sənədlər tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilib.
Hazırda, 42 karxanada araşdırmalar davam etdirilir.
Monitorinqlər zamanı qeyri-qanuni fəaliyyət göstərən karxanalar tərəfindən korlanmış torpaqlar əsasən dövlət mülkiyyətinə aid çay yataqlarında, bələdiyyələrin kənd təsərrüfatı təyinatlı və vətəndaşların özəl pay torpaqlarına aiddir.