Fevralın 27-də Qaradağ Rayon Məhkəməsində Müsavat Partiyasının Gənclər Təşkilatının rəhbəri Əbülfəz Sadıqbəylinin məhkəmə prosesi keçirilib. Prosesdə təqdirləndirilənlərdən “Nikoil” bankın işçisi Kamran Abdullayevin banka ödəniş etməsi üçün məhkəmə prosesi təxirə salınıb. 3 aydır həbsdə olan Ə.Sadıqbəyli əmisi oğlu və onun dostu olan “Nikoil” bankın işçisi ilə əlbir olub, kredit borcunun tam ödənilməsi barədə saxta arayış almada təqsirləndirilir. Ancaq təqsirləndirilən 3 nəfərdən yalnız müsavatçı fəal həbs olunub. Növbəti məhkəmə prosesi martın 6-na təyin olunub. Ötən həftə Nikoyl Bank Əbülfəz Sadıqbəyliyə qarşı mülki iddiadan imtina edib. Bank məhkəməyə Əbülfəz Sadıqbəyliyə qarşı şikayətçi olmadıqları haqqında barışıq ərizəsi təqdim edib.