“Qanun” Nəşrlər Evinə təzyiqlər davam edir

Tərcüməçi və yazıçıları da istintaqa çağırdılar.


Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin “Qanun” Nəşrlər Evini 150 manat cərimə etdiyi barədə məlumat yaymışdıq. Martın 3-də isə nəşriyyatla əməkdaşlıq edən tanınmış tərcüməçi və yazıçılar istintaqa çağırılıb.

Bu barədə Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu öz Facebook  səhifəsində yazıb. Onun bildirdiyinə görə, tərcüməçi-yazıçı Nəriman Əbdülrəhmanlı, Azər Abdulla, Nadir Qocabəyli və Qanun nəşriyyatının əməkdaşları Gülşən Dvani, Günay Qurbanova, Çiçək Atakişiyeva, Rafiq Mustafayev, Lətafət Qurbanova, Augün Hüsyenova istintaqa çağırılıb.

Şabaz Xuduoğlu baş verənləri hüquqdan və qanundan kənar adlandırıb. O Meydan TV-yə deyib ki, təzyiqlə bağlı iki versiyası var:

“Birinci ehtimala görə, bütün obyektlərdə yoxlamalar aparılır və aylıq rüşvət alınır. Bunu bizə də tətbiq etmək istəyirlər. Yəni açıq şəkildə təzyiq edərək bizdən də aylıq haqq almaq niyyətindədirlər. Amma mən bunun mümkünsüz olduğunu bildirmişəm. İkinci ehtimal odur ki, mart ayında yeni bir nəşriyyat fəaliyyətə başlayacaq, bu mətbəə bir məmur oliqarxa bağlı olacaq. məqsəd odur ki, bu sahəni də inhisara götürsünlər”.

Ş.Xuduoğlu yeddi dəfə Vergilər Nazirliyinə qarşı məhkəmə iclasının keçirildiyini və proseslərdə Nəşriyyata zorakılıq əks etdirilən video süjetlərin təqdim olunduğu söyləsə də hakimin heç bir reaksiya vermədiyini bildirdi. Nəticənin necə olacağına gəlincə, Nəşriyyat direktoru “artlq 150 min manat cərimə olunmuşuq, bundan artıq nə ola bilər?”- deyə, söylədi.

Ana səhifəVideo“Qanun” Nəşrlər Evinə təzyiqlər davam edir