Qanun nəşriyyatında qanunsuz yoxlama

“Vergilər Nazirliyinin əməkdaşları basqın halında gəliblər bütün nəşriyyatın işini iflic ediblər. Növbəti tərcümənin redaktəsi ilə məşğul olmalıydım. Heç bir iş görmək mümkün deyil”

Qanun Nəşriyyatının rəhbərliyi Vergilər Nazirliyinin onların ofisində qanunsuz olaraq axtarış apardığını bildirir. Yazıçı Cəlil Cavanşir deyir ki, Nazirlik əməkdaşları onlara qapıdan içəri daxıl olmağa da imkan vermirmiş.

Qanun nəşriyatından həmçinin bildirdilər ki, mühüm maliyyə sənədləri də vergi əməliyyatçıları tərəfindən qanunsuz olaraq götürülüb. Bu da şirkətin bir müddət fəaliyyətinə xitam verilməsi kimi səciyələndirilir.

Ana səhifəVideoQanun nəşriyyatında qanunsuz yoxlama