“Qala-Beynəlxalq Təhlüksizlik Xidməti”nin direktoru həbs edildi

Vüqar Hüseynov dələduzluqda ittiham olunur

Source:


Vüqar Hüseynov dələduzluqda ittiham olunur

Respublika prokurorluğu  yanvarın 19-da Daxili İşlər Nazirliyi qarşısında “Qala-Beynəlxalq Təhlüksizlik Xidməti” və “Azərmühafizə” MMC-dəki dələduzluqla bağlı keçirilən aksiya ilə bağlı açıqlama yayıb.

Açılqamaya görə, Bakı sakini Gündüz Cəfərov ona münasibətdə yol verilən hüquqi pozuntularla bağlı Binəqədi rayon polisinə müraciət edib. Müraciət əsasında polis araşdırlması başlanıb. Araşdırmalar adları çəkilən mühafizə qurumlarının direktoru Vüqar Hüseynovun bir qrup şəxlə əlbir olaraq ayrı-ayrı şəxsləri işə düzəltmək adı ilə bu şəxslərdən müxtəlif məbləğdə pul almasını üzə çıxarıb. Bu yolla vətəndaşlara maddi ziyan vurmaqda şübhəli bilinən V.Hüseynov həbsə alınıb. V.Hüseynova Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci və 178.2.4-cü (dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar və xeyli miqdarda törədildikdə) maddələrilə ittiham edilir.

Hazırda Bakı şəhər Polis İdarəsində istintaq hərəkətləri davam etdirilir.

Ana səhifəXəbərlər“Qala-Beynəlxalq Təhlüksizlik Xidməti”nin direktoru həbs edildi