“Qahirə 678” filminin nümayişi keçiriləcək

Layihə qadına qarşı zorakılıq və cinsi istismara diqqət çəkmək üçün həyata keçirilir

Source:

“Menecerlərin İnkişafı Layihəsi” (MİL) son zamanlarda gündəmdə olan qadına qarşı zorakılıq və cinsi istismara diqqət çəkmək üçün layihə həyata keçirir.

“MİL Multimedia və Mədəniyyət İQ”-nun hazırladığı layihəyə əsasən 24 may saat 13:00  tarixində  Tolstoy 153 ünvanında yerləşən Yeraltı Book&Cafe – də“Qahirə 678”  filminin nümayişi baş tutacaq. Filmdə toplumun fərqli hissələrindən cinsi istismara məruz qalmış 3 qadının baş verən hadisələrə qarşı mübarizəsindən bəhs edilir. Yaşanılmış gerçək hekayələrə əsasən çəkilmiş bu film sayəsində 3 il sonra Misirdə cinsi istismar üzrə şikayətlərə baxılmağa başlanılıb.

İnsanların daha duyarlı olması üçün həyata keçirilən bu layihədə (film nümayişində)  iştirak etmək ödəniş tələb etmir. Müəyyən edilmiş tarixdə qeyd edilən məkana gəlməklə filmi hər kəs izləyə bilər. Film bitdikdən sonra dəvət olunan ekspertlə birlikdə filmin və mövzunun müzakirəsi keçiriləcək. Eyni zamanda MİL komandasına  qoşulmaq istəyənlər film nümayişindən sonra layihə üzvləriylə əlaqə yarada bilərlər. Müraciət edənlər lazımi mərhələləri keçdikdən sonra MİL üzvü olaraq fəaliyyətə başlaya biləcəklər.

Qeyd edək ki, qısa zaman ərzində fəaliyyətə başlamasına baxmayaraq adını duyurmağı bacaran  “Menecerlərin İnkişafı Layihəsi” (MİL), gənclərin könüllü ictimai təşəbbüsü olaraq fəallıq, peşəkarlıq, azad düşüncə, dözümlülük və plüralizmi əsas dəyər kimi mənimsəməyi bacaran menecerlər yetişdirir. MİL-in əsas məqsədi ictimai təşkilatlar və layihələrin idarə edilməsində gənclərin mütəxəssis kimi foralaşmasına dəstək  olmaq və vətəndaş cəmiyyətinin inkişafına təkan verməkdir.

Ana səhifəXəbərlər“Qahirə 678” filminin nümayişi keçiriləcək