Qadın üçün təşəbbüs qrupu 10 dekabr insan haqları günündə dəyirmi masa keçirib. Təşəbbüs qrupu qadınlara qarşı zorakılığın önlənməməsindən, hüquq-mühafizə orqanlarının işindən söz açıb. Qadın üçün təşəbbüs qrupunun rəhbəri Zümrüd Yağmur psixoloji və ya fiziki şiddətə məruz qalmış qadınları müdafiə edərkən təcrübədə yaşanan çətinliklərdən danışıb.
İştirakçılar yeni qəbul olunmuş “Mediasiya haqqında” qanunun çatımlılığını müzakirə ediblər. Həmçinin qadınları zorakı şəxslərdən qorumağı hədəfləyən mühafizə orderinin verilməsi qaydalarının dəyişdirilməyindən danışıblar
Qadın üçün təşəbbüs qrupu ənənəni davam etdirib, hər il insan haqları günündə qadınların müdafiəsində qarşılaşdıqları əngəlləri müzakirə etməyi planlayır.