Qaçaqmalçılıqda təqsirləndirilənlərin məhkəməsi başladı

Mühakimə olunanlar arasında Gömrük Komitəsinin əməkdaşı da var

Source:
foto sosial şəbəkə
foto sosial şəbəkə
foto sosial şəbəkə
foto sosial şəbəkə


Mühakimə olunanlar arasında Gömrük Komitəsinin əməkdaşı da var

Oktyabrın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət vermədə və qaçaqmalçılıqda təqsirləndirilən şəxslərin məhkəmə prosesi başlayıb.

Meyfan TV-nin məlumatına görə, hakim Əhməd Quliyevin sədrlik etdiyi iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Bildirilib ki, təqsirləndirilən şəxslərdən biri, Türkmənistan vətəndaşı olan Aman Baylıyevdir. Onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Digər həbsdə olan şəxs isə 30 yaşlı Neman Abbasovdur. 2 uşaq atası olan N.Abbasov Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsində inspektor vəzifəsində çalışıb.

Digər təqsirləndirilən şəxslər isə Adil Kazımov, Aytəkin Tağıyeva Muxtar Qasımov və Ziyafət Qurbanovadır. Onların barələrində həbs-qətimkan tədbiri seçilməyib.

Onlardan üçü- Adil Kazımov, Aytəkin Tağıyeva, Muxtar Qasımov Dövlət Gömrük Komitəsinin müxtəlif idarələrində inspektor vəzifəsində çalışıblar.

Ziyafət Qurbanova isə qızıl alveri ilə məşğul olur. O, Bakıda fəaliyyət göstərən “Moskva” univermağında qızıl məmulatları satır.

Məhkəmə prosesində təqsirləndirilənlərdən Neman Abbasovun və Aman Baylıyevin vəkilləri vəsatətlə çıxış edərək onların barələrində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyiblər. Məhkəmə vəsatətləri təmin etməyib.

Məhkəmənin baxış iclası oktyabrın 27-nə təyin olunub.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 312 (rüşvət vermə) və 206 (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb. Onlar Azərbaycana qanunsuz yollarla qızıl-ziynət əşyalarının keçirilməsində təqsirləndirilirlər.

Ana səhifəXəbərlərQaçaqmalçılıqda təqsirləndirilənlərin məhkəməsi başladı