Qabonun neftdən başgicəllənməsi…

12 oktyabr 2014-cü ildə Endi Denvud Qabonun neft bumundan sonra yaşadığı iqtisadi vəziyyəti təhlil edib. Azərbaycan üçün aktual olduğundan Meydan TV BBC-də dərc olunmuş həmin analizi tərcümə edib

Source:



12 oktyabr 2014-cü ildə Endi Denvud Qabonun neft bumundan sonra yaşadığı iqtisadi vəziyyəti təhlil edib. Azərbaycan üçün aktual olduğundan Meydan TV

BBC-də dərc olunmuş

həmin analizi tərcümə edib

“Biz qonşu ölkələrə gülürdük”,-Qabonun paytaxtı Librevildəki limanları göstərərək,Parfe Çerubim deyir.

“Biz Kamerun və Ekvatorial Qvineyanı ələ salırdıq, çünki onlardan daha varlı idik. O deyir: “Amma indi bizdə infilyasiya, işsizlik və küçələrdə yoxsulluq var”. 20 il əvvəl Qabon Afrika lotereyasında xoşbəxtlik biletini çəkdi. Böyük neft ehtiyatları və 1 milyon əhalinin olması nikbin insanları Qabonu Səudiyyə Ərəbistanı ilə müqayisə edəcək dərəcədə aldanmasına səbəb oldu.

Neft bumu Qabonda tikintilərin sürətlə artmasına səbəb oldu. Artan məmurlar ordusunu rahat kabinetlərlə təmin edən yeni nazirliklər göbələk kimi artırdılar. Ölkəni 1967-ci ildən fasiləsiz idarə edən Ömər Bonqo bütün ölkə ərazisində dəmiryolu tikintisinə başladı.

Librevildə bir-birinin ardınca dəbdəbəli mehmanxanalar tikilirdi, fransız restoranları açılırdı, Qabonun paytaxtı isə adambaşına şampan istehlakına (istifadəsinə) görə bütün dünyanı ötüb keçmişdi.


Başgicəllənmə

Amma neft bumunun ardınca başgicəllənmə gəldi…

Onun fəsadlarından biri Librevil limanındadır, harada ki, gəmilər boşaldılır: Avropadan toyuq budları, donuz əti və balıq, Fransadan, Hollandiyadan, Asiyadan mallar.

Yüksək neft hasilatı Qabonunun davamlı iqtisadi inkişafı əvəzinə ölkəni idxalla boğdu.

Xarici valyutanın ölkəyə axını məhsulu xaricdən almağı daha sərfəli etdi, çünki Qabonda hər hansı bir şeyi istehsal etməyi artıq baha başa gəlirdi.

Keçən 30 il ərzində Qabon sənayesi və kənd təsərrüfatı inkişafdan geri qalıb.

Qabonun su sahilləri balıqla zəngindir, ancaq sahibkarlara kapitallarını balıqçılıq sənayesinə qoymaqdansa, idxal edilən malları saxlamaq üçün böyük soyuducu və anbarlara vəsait qoymaq sərfəlidir. Dənizkənarı ölkədə balıq yeməkləri varlıların yeməyi oldu.

Neft bumu başqa xəstəlik də yaratdı. Neftin qiymətləri stabil deyil, il ərzində qalxır və düşür ,bəzən də ay ərzində. Bu isə o deməkdir ki, hökumətin maliyyələşdirdiyi nə varsa, özünü arxayın, güvənli hiss etmir.

Neftin qiyməti düşəndə, büdcənin gəlirləri də azaldı və hökumət aktiv şəkildə borc almağa başladı, çünki başlanmış işləri, məsələn, tikinti layihələrini başa çatdırmaq lazım idi.

Zamanla ölkə böyük borca düşdü. Bu gün büdcənin gəlirlərinin yarısı alınmış borcların faizlərinin ödənilməsinə sərf olunur.


Təmiz əllər…

Bundan əlavə, korrupsiya da çiçəklənir…

Biz korrupsiya barədə sual verəndə,Qabonun neft naziri Rişar-Ogüst Onuvye bizə güldü. O, bizi inandırırdı ki, Qabonun neftdən gələn gəlirləri səmərəli şəkildə ölkənin infrastruktunun qurulmasına sərf edilib.

“Biz heç nəyə görə təəssüf etmirik”-deyə o bildirdi və əlavə etdi ki, “ölkənin qarşısında iqtisadiyyatın inkişafı məsələləri durur, hansıları ki, bir saata həll edilə bilməz”.

Amma ötən il Parisdə fransız kompaniyası olan Elf-in menecerlərinə qarşı açılan məhkəmə işinin sonunda tamam başqa mənzərə yarandı: onilliklər ərzində vəsaitlərin sui-istifadəsi və aktivlərin xaricə daşınması(silinməsi)…

Nazirin açıqlamalarının əksinə olaraq, əslində neft ölkənin çiçəklənməsinə səbəb olmadı, ölkədə inkişaf olmadı.

Bundan başqa, 1996-cı ildən neft hasilatı demək olar ki, təxminən 33 faiz azaldı. Baxmayaraq ki, neftin qiyməti qalxır, hökumətin gəlirləri azalır.

BVF Qabona sağlamlaşdırma üçün həll yollarını “yazıb” – özəlləşdirmə proqramı, xərclərin azaldılması və iqtisadiyyatın neft ixracından asılılığının azadılması, hansı ki, ölkədə zamanla azalır.

Fondun qənaətinə görə, gələcəkdə investisiyaları turizm, dağ-mədən sənayesi və kənd-təsərrüfatına qoymaq lazımdır.

Qərb diplomatlarının dedikləri kimi, iqtisadi islahatlar dəyişməz prezident Bonqonun yeganə yoludur.

Sahibkarlar indi anlamağa çalışırlar ki, onilliklər boyu davam edən neft bumu ölkəyə nə gətirib.

Çerubim deyir – “Bizə deyirdilər ki, bu həmişəlikdir, neft çoxdur, Qabon neftlə göylərdən mükafatlandırılıb” və peşmançılıqla əlavə edir :

“Bu illər ərzində biz ləyaqətimizi itirdik və əvvəlki kimi yoxsulluqda yaşayırıq”.

Ana səhifəXəbərlərQabonun neftdən başgicəllənməsi…