Bu gün, dekabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Azadlıq” qəzetinin Fransada yaşayan baş redaktoru, jurnalist Qənimət Zahidin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Prosesə hakim Fəxri Məmmədov sədrlik edib.
Hakim Məmmədovun sədrliyi ilə keçirilən məhkəmədə Qənimət Zahidə hökm oxunub.
Məhkəmənin qərarı ilə jurnalist Qənimət Zahid 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qənimət Zahid dövlət əleyhinə yönələn açıq çağırışlar maddəsi ilə ittiham olunur.
Mayın 31-də onun barəsində qiyabi həbs qərarı çıxarılmışdı. Bu barədə jurnalist özü şəxsi “Facebook” səhifəsində məlumat yaymışdı.
O, özünü təqsirli bilmir və bunu jurnalist fəaliyyəti ilə əlaqəli olduğunu bildirir.