Müsəlman Birliyi Hərəkatının üzvü Şahizə Hüseynova dünəndən bəri Sabunçu Rayon Polis İdarəsində saxlanır. O günlərdir ki, hicablı övladının məktəbə buraxılması üçün mübarizə aparırdı. Həyat yoldaşı Meydan Tv-yə danışır ki, Şahizə Hüseynovanın qarşısında şərt qoyublar: “Ya uşağın hicabını açıb məktəbə göndərəcəksən, ya da həbsə gedirsən”. Ağa Hüseynov deyir ki, həyat yoldaşı barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçmək istəyirlər.