Putin Suriyaya aviabaza yerləşdirib

Frans Klinçeviç bildirib ki, Rusiya Yaxın Şərqdə, bütövlükdə isə dünyada mövqelərini möhkəmləndirəcək

Source:


Frans Klinçeviç bildirib ki, Rusiya Yaxın Şərqdə, bütövlükdə isə dünyada mövqelərini möhkəmləndirəcək

Rusiya prezidenti Vladimir Putin Rusiya ilə Suriya arasında Rusiya silahlı quvvələrinin hərbi qrupunun Suriya ərazisinə yerləşdirilməsi haqqında federal qanun imzalayıb. Bu barədə oktyabrın 14-də Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Rusiyanın aviasiya qrupu Suriya tərəfin xahişi göndərilib. Hərbi qüvvələr Suriyanın Xmeym (Lakatiya vilayəti) aerodromuna yerləşdirilib.

Federal qanun Dövlət Duması tərəfindən 2016-cı il oktyabrın 7-də qəbul edilib, oktyabrın 12-də isə Federasiya Şurası tərəfindən təstiqlənib.

Federasiya Şurası Komitəsinin prezidenti Frans Klinçeviç bildirib ki, hərbi qrupun Suriyada yerləşdirilməsi Rusiyanın təhlükəsizliyi və müttəfiq qüvvələrinin gücləndirilməsi kimi məsələlərin həllinə yönəlib.

O bildirib ki, razılaşma Suriya problemi və beynəlxalq terrorizmə qarşı mübarizənin çərçivəsindən də kənara çıxır.

“Məsələyə dünyadakı problemlərin kontekstində baxmaq lazımdır. Söhbət təkcə Rusiyanın Suriyada yox, eyni zamanda Yaxın Şərqdə, bütövlükdə isə dünyada mövqelərini möhkəmləndirməsindən gedir”,- deyə Frans Klinçeviç bildirib.

Ana səhifəXəbərlərPutin Suriyaya aviabaza yerləşdirib