Putin qondarma soyqırım mərasiminə qatıldı

Fransa, Şimali Kipr və Serbiya prezidentləri də Ermənistandadır

Source:


Fransa, Şimali Kipr və Serbiya prezidentləri də Ermənistandadır

Qondarma soyqırımın 100-cü ildönümü ilə əlaqədar Yerevandakı “Tsitsernakaberd” memorial kompleksində anım mərasimi keçirilib. Mərasimə Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Fransua Olland, Şimali Kiprin prezidenti Nikos Anastasiadis və Serbiya prezidenti Tomislav Nikoliç də qatılıb.

Ermənistan prezidenti Serj Sarkisyan çıxışı zamanı bildirib ki, “soyqırımla” bağlı kompromissiz beynəlxalq kampaniya xarici siyasətin ayrılmaz hissəsi olmaqda davam edəcək: “Erməni xalqı həmişə insanlığa qarşı törədilən cinayətlərin qurbanlarının yanında olacaq”.

Vladimir Putin isə 1915-ci il olaylarını insanlıq tarixinin ən qorxunc faciələrindən biri olduğunu, rusların erməni xalqının bu kədərini qəlbən bölüşdüyünü bildirib. Onun sözlərinə görə, ruslar bu kütləvi qətliamı öz kədərləri kimi qəbul edirlər.

Putin hazırda dünyada rusofobiyanın da geniş yayıldığını bildirib: “Təəssüf ki, indi bir çox regionlarda neofaşistlər baş qaldırıb. Radikal millətçilər hakimiyyətə can atır. Antisemitizm güc toplayır və rusofobiya geniş yayılır. Bunun yaranma səbəbləri və nətijələri haqda düşünmək lazımdır”.

Ana səhifəXəbərlərPutin qondarma soyqırım mərasiminə qatıldı