Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan görüşmək haqda razılığa gəliblər
“Report” xərbər verir ki, bu haqda Türkiyə prezidentinin mətbuat xdməti məlumat yayıb.
İki ölkə lideri arasında olan telefon danışığı zamanı görüş məsələsi müzakirə olunub və razılığa gəlinib.
İnfromasiyaya görə, tərəflər iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün tədbirlərin görülməsi haqda razılıq əldə ediblər.
Bu gün iki dövlətin başçıları arasında 40 dəqiqəyə yaxın telefon danışığı olub. Danışığın məhsuldar və pozitiv keçidiyi haqda da məlumat yayılıb.