Puntinin yanğınsöndürmə missiyası

Sonrakı hadisələrdən göründü ki, prezident Vladimir Putin bu sülhməramlı missiyaya xüsusi həvəslə qoşulmayıb…

Source:


Sonrakı hadisələrdən göründü ki, prezident Vladimir Putin bu sülhməramlı missiyaya xüsusi həvəslə qoşulmayıb…

Sentyabrın 20-də Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqda keçirilmiş üçtərəfli görüşü atəşkəs rejiminin müəyyən dərəcədə hazırki şəkildə saxlanmasına, ayrı-ayrı lokal atəş duellərinin genişmiqyaslı hərbi əməliyyatlara keçməməsinə zəmanət verməlidir.

Rusiya XİN rəhbəri Sergey Lavrovdan sitat:

“Danışıqlar prosesinin fəallaşdırılması üzrə konkret addımlar nəzərdə tutmaqla yanaşı, prezidentlər üçtərəfli bəyanatı razılaşdırıblar. Sənəddə təmas xəttində vəziyyətin normallaşdırılmasına sadiqlik dəstəklənir, onların münaqişə zonasında işləyən ATƏT müşahidəçilərinin sayının artırılmasına razılığı yer alır və münaqişənin siyasi yolla həlli üzrə danışıqlarda sabit irəliləyiş olması üçün şərait yaradılmasına sadiqlik ifadə olunur”.

Peterburq görüşü baş tutmaya da bilərdi, yalnız ona görə ki, bu görüşə prezidentlər İlham Əliyev və Serj Sarkisyanın Vyanada keçirilmiş may görüşünün davamı kimi baxmaq olmaz. Vyanada Azərbaycan və Ermənistan liderləri

D


ağlıq Qarabağ probleminin hərtərəfli həlli haqqında

 danışıqların bərpası məqsədi ilə iyunda danışıqların növbəti mərhələsinin qarşılıqlı olaraq razılaşdırılmış yerdə keçirilməsi haqqında razılıq əldə ediblər. Amma münaqişə zonasında atəşkəs rejiminin sistemli şəkildə pozulması ilə səciyyələnənən bütün sonrakı proses və düşmən orduların baş komandanlarının aqressiv bəyanatları bütün bu müddət ərzində tərəflərin Vyana razılaşmalarını həyata keçirmək üçün səy göstərdiyi barədə nəticəyə gəlməyə əsas vermir. Belə olan halda iyun görüşünün üçtərəfli Minsk formatı mənasız olur. Vasitəçi ölkələrin – ABŞ, Rusiya və Fransanın hazırki mərhələdə sülh prosesini gücləndirməyə hazır olamaması da bu tezisə məna qazandırır. İstənilən halda, həmsədrlərin görüş keçirilməsi istiqamətində heç bir səyi müşahidə olunmurdu. Vyana görüşünün təşəbbüsçüsü olan ABŞ bu ilin payızında keçiriləcək prezident seçkiləri və Kiçik Qafqaz Dağlarından cənubda daha mühüm məsələlərin həlli ilə məşğuldur.

Minsk formatının Rusiya formatı ilə əvəz olunması hazırki mərhələdə status-kvonun saxlanmasının ən məqbul variant kimi görüldüyü mənasına gələ bilər. Bakı və Yerevanı genişmiqyaslı hərbi əməliyyatlara başlamaq ideyasından yayındırmaq lazım gəldikdə Kreml ənənəvi olaraq Minsk prosesi çərçivəsində belə muxtar nizamlanmaya əl atır. Hazırki halda söhbət bundan gedirdi. 1994-cü ildə atəşkəs sazişi imzalandığı andan etibarən Moskvanın himayəsi altında Rusiya liderləri müntəzəm olaraq Qarabağ hərbi-siyasi əməliyyatlar teatrında gərginliyi azaltmaq üçün belə görüşlər keçiriblər.

Rusiyanın sakitləşdirmə missiyası Minsk üçlüyünün Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünü konstruktiv şəkildə davam etdirməyə hazır olmadıqlarını dərk etdikdən sonra zəruri oldu. Almaniya kansleri Angela Merkelin (ATƏT-in sədri olan ölkənin nümayəndəsi kimi) Sarkisyan və Əliyevlə ilkin məsləhətləşmələri vasitəçiləri tərəflərin danışıqlara hazır olmadığına inandırdı. Merkelin iyunun əvvəllərində Əliyevlə görüşdə Qarabağ prosesində Rusiyanın mühüm rolu haqqında diplomatik mesajı da bununla bağlı idi. Bu, o demək idi ki, ATƏT Minsk prosesi çərçivəsində hazırki mərhələdə Putinin tərəfləri sakitləşdirmək prosesinə qoşulmasını istərdi.

Sonrakı hadisələrdən göründü ki, prezident Vladimir Putin bu sülhməramlı missiyaya xüsusi həvəslə qoşulmayıb. Kremlin iyunun 10-da üçtərəfli görüşün reallığı haqqında məlumatların anons edilməsi və təkzib olunması bir neçə saat ara ilə operativ şəkildə həyata keçirilib ki, bu da Kremlin daha çox böhran içində olan Rusiya üçün daha mühüm olan məsələ – Peterburq İqtisadi Forumu ilə məşğul olduğunu açıq-aşkar göstərirdi.

Qarabağ danışıqları iştirakçılarının Rusiyanın şimal paytaxtından çox az əminliklə ayrılmasından sonra payıza qədər Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünün yekun:

1. Atəşkəs rejiminə və münaqişənin sülh yolu ilə nizamlanmasına sadiqliyi təsdiq etmək;

2. ATƏT-in atəşkəs rejiminin pozulması üzrə araşdırmalar mexanizmi sisteminin yaradılmasını yekunlaşdırmaq;

3. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin hazırki ofisini genişləndirmək;

4. Qırmızı Xaç Komitəsinin himayəsi altında itkin düşmüşlər haqqında məlumat mübadiləsi həyata keçirmək göstərişlərini yerinə yetirəcəklərini arzulamaq qalır.

Ana səhifəAnalitikaPuntinin yanğınsöndürmə missiyası