Prokurorluq əsgərin intihar etdiyini deyir

Foto: Azərtac

Faktla bağlı cinayət işi açılıb

Azərbaycan Ordusunun əsgəri Hüseyn Bayramovun intihar etdiyi bildirilir.

Hadisənin iyulun 8-də saat 21 radələrində baş verdiyi qeyd olunub.

Məlumatı Baş Prokurorluq yayıb.

Bilirilib ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Hüseyn Ruslan oğlu Bayramovun ona təhkim edilmiş avtomat silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə bağlı Hərbi Prokurorluqda cinayət işi açılıb.

Bu, ilk hal deyil. İyulun 5-də də Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Rəvan Zeynalabdin oğlu Tağıyevin ona təhkim edilmiş avtomat silahdan atəş açaraq özünü öldürdüyü barədə məlumat yayılmışdı.

Respublika Baş Prokurorluğu Rəvan Tağıyevin ölümü ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açdığını bildirmişdi.

Ana səhifəXəbərlərProkurorluq əsgərin intihar etdiyini deyir