Prokurorluq əməkdaşının qardaşı dələduzluqda təqsirləndirilir

”Akif Çovdarov və adamları hədə-qorxu gələndə Namiq Quliyevə kömək üçün 87 min manat verdik”

Source:
Akif Çovdarov


”Akif Çovdarov və adamları hədə-qorxu gələndə Namiq Quliyevə kömək üçün 87 min manat verdik”

“Şərikim Səhrab Allahverdiyevin vergidən yayınması, qanunsuz əməlləri haqqında  MTN-ə şikayət etdim. Amma MTN  şikayətimi araşdırmadı. Əksinə mənim pulumu aldılar”.

Bunu aprelin 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan Namiq Quliyev deyib. O, dələduzluqda təqsirləndirilir.

Namiq Quliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşı Nazir Quliyevin qardaşıdır.

Meydan TV-nin məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi iclasda zərərçəkmiş şəxs Arif Həsənov və onun oğlu ifadə verib.

Gəmilərin layihələşdirilməsi, inşası, yenidən qurulması, təmiri və sair xidmətlər üzrə fəaliyyət göstərən “Texmarin Limited” MMC-nin direktoru olan  Arif Həsənov  “MTN işi”ndə də zərəçəkmişdir.

Arif Həsənov məhkəmə zamanı ifadəsində deyib ki, Akif Çovdarov və adamları hədə-qorxu gəlib, ondan pul alanda Namiq Quliyev ona kömək edəcəyini deyib. A.Həsənov bu məqsədlə  ona 87 min dollar verib: “Namiqi MMC-də iş icraçısı işləyən Əlizamin Rzayevin vasitəsilə tanımışam. Namiq bütün tanınmış şəxslərin adından istifadə edirdi. Namiq adından istifadə etdiyi vəzifəli şəxslərdən biri bizim ofisə gəldi. Bizdən pulu həmin adama vermək adı ilə almışdı. Həmin vəzifəli şəxs bizim ofisə gələndə Namiq onu tanımadı. Məlum oldu ki, Namiq yalandan başqaların adından vəd verirmiş”.

İclasda ittihama münasibət bildirən Namiq Quliyev özünü təqsirli bildiyini deyib. Bildirib ki, pulu MTN-dəki məsələni həll etmək üçün yox, iş qurmaq adı ilə alıb.

Arif Həsənov ifadəsində onu da bildirib ki,  MTN əməkdaşları onlardan “haqq” tələb edib.

Daha sonra iclasda  Arif Həsənovun oğlu Həsən Həsənov ifadə verib.

O, Namiq Quliyevin atasından pul aldığını təsdiqləyib: “Namiq Quliyev atamdan 87 min dollar alıb. Bizim MTN-lə bağlı işimiz var idi. Əmlakımız ələ keçirilmişdi. Namiq dedi ki, qardaşı prokurordur və bu işi həll edəcək. Əvvəlki iş yoldaşım Əlizamin vasitəsi ilə onları tanımışıq. Əlizamin dedi ki, Namiqgil bizə kömək edərlər. Əksinə, bunlar bizi soydular”.

H.Həsənov MTN tərəfindən hədələndiklərini və 8 gün nazirlikdə saxlanıldığını deyib:

“Atamın pulunun qaytarılmasından xəbərim yoxdur. Amma pulu Namiqə mən vermişəm. Pulu da qardaşının adı ilə aldı. Qardaşı kömək edəcəkdi. Namiq məndən MTN-də başımıza gələnləri soruşurdu. Mən 8 gün MTN-də saxlanılmışam. Akif Əliyev və digər MTN zabitlərinin bizə nə etdikləri, atamın əmlakını necə ələ keçirmək istədikləri barədə məlumat vermişəm”.

Məhkəmə prosesi aprelin 10-da davam edəcək.

Ana səhifəXəbərlərProkurorluq əməkdaşının qardaşı dələduzluqda təqsirləndirilir