Prokuror Vüsal Ələkbərova 15 il iş istədi

Keçmiş MTN əməkdaşının rütbəsi də əlindən alına bilər

Source:

Vüsal Ələkbərov
Vüsal Ələkbərov
Vüsal Ələkbərov
Vüsal Ələkbərov


Keçmiş MTN əməkdaşının rütbəsi də əlindən alına bilər

Mayın 15-də Bakı Hərbi Məhkəməsində sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Meydan TV-nin məlumatına görə, hakim Siyavuş Hacıyevin sədrlik etdiyi prosesdə cinayət işində olan sənədlərin elan edilməsi mərhələsi başlayıb. Bir sıra sənədlər elan edilib. Hakim bildirib ki, cinayət işi 15 cilddən ibarətdir. Elan olunan sənədlər Vüsal Ələkbərovun evində aparılan əməliyyat-axtarış tədbirləri zamanı götürülən əşyalar, sənədlər və başqaları olub.

İclasda məhkəmə istintaqının başa çatdığı elan edilib və çıxış etmək üçün prokurora söz verilib. İttiham nitqi ilə çıxış edən prokuror Vüsal Ələkbərovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror həmçinin Vüsal Ələkbərovun hərbi rütbədən məhrum edilməsi barədə qərar qəbul edilməsini istəyib.

Növbəti məhkəmə iclası mayın 22-də davam edəcək.


Xatırlatma

Vüsal Ələkbərov Cinayət Məcəlləsinin 182 (hədə-qorxu ilə tələbetmə), 294 (sübutları saxtalaşdırma), 311 (rüşvətalma) və 341-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma) maddələri ilə ittiham olunur. İttihama görə, V. Ələkbərov iş adamlarını MTN-ə gətirib, hədə-qorxu yolu ilə onların külli miqdarda pulunu ələ keçirib.

Vüsal Ələkbərovun təxminən 1 milyon 270 minlik əmlakının üzərinə həbs qoyulduğu bildirilir.

O, MTN-də bir sıra siyasinin, o cümlədən İslam Partiyasının indi həbsdə olan lideri Abgül Süleymanovun istintaqını aparıb.

Ana səhifəXəbərlərProkuror Vüsal Ələkbərova 15 il iş istədi