Prokuror Seymur Həziyə 6 il cəza istədi

Məhərrəm Həsənova isə 9 ay azadlıqdan məhrumetmə cəzası istənilib

Source:


Məhərrəm Həsənova isə 9 ay azadlıqdan məhrumetmə cəzası istənilib

Yanvarın 23-də Abşeron Rayon Məhkəməsində prokuror Əhəd İbrahimov jurnalist Seymur Həziyə 6 il azadlıqdan məhrumetmə cəzası istəyib. Eyni zamanda, prokuror Məhərrəm Həsənova 9 ay cəza istəyib.

Seymur Həzi prokurorun ittihamına cavab olaraq deyib ki, bu, İlham Əliyevə qarşı yazdıqlarının qarşılığında kiçik cəzadır.

Seymur Həzi avqustun 29-da Abşeron rayon polisləri tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb.

Avqustun 30-da Abşeron Rayon Məhkəməsi Seymur Həzi barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçib. Bir gün sonra Seymur Həzi Kürdəxanıda yerləşən Bakı Istintaq Təcridxanasına köçürülüb.

Jurnalist Məhərrəm Həsənovun ifadəsi əsasında həbs edilib.

Növbəti proses yanvarın 27-də keçiriləcək. Prosesdə vəkillər müdafiə çıxışı edəcəklər.

Ana səhifəXəbərlərProkuror Seymur Həziyə 6 il cəza istədi