Prokuror Savçenkoya 23 il iş istədi (VİDEO)

Rusiyada həbs edilən Ukraynanın hərbi qulluqçusu Nadejda Savçenkoya ümumi rejimli həbsxanada çəkməklə 23 il həbs cəzası istənib.

Prokuror məhkəmədən Savçenkonun rus zabitini öldürdüyü üçün 18 il, öldürməyə cəhd etmək maddəsi ilə 13 il, sərhədi qanunsuz keçməkdə (100 min rubl cərimə ödəməklə) günahlandırılaraq 23 il azadlıqdan məhrum edilməsini istəyib.

Nadejda Savçenko 2 rusiyalı jurnalistin ölümündə günahlandırılır. Digər versiyaya görə, 2014-cü ilin iyununda jurnalistlərin ölümü ilə nəticələnən atəşin əmrini də məhz Savçonka verib.

Savçenko günahsız olduğunu deyir. Vəkillər həmin atəşdən öncə Savçenkonın artıq Dambasda separatçılara əsir düşdüyünü sübut ediblər.

İstintaqda məhbusun ölkəyə qanunsuz keçdiyi bildirilib. Bunu Savçenkonun özü də təsdiqləyir və onun məhz əsir olaraq gətirildiyini izah edir.

Ana səhifəVideoProkuror Savçenkoya 23 il iş istədi (VİDEO)