Prokuror Rauf Mirqədirova cəza istədi

Vəkil: Bu o deməkdir ki, 274-cü maddənin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də aşağı cəza istədi

Source:


Vəkil: Bu o deməkdir ki, 274-cü maddənin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də aşağı cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əlisultan Osmanovun sədrliyi ilə olan proses qapalı keçirilib. İclasda dövlət ittihamçısı çıxış edərək R. Mirqədirovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Vəkil Fuad Ağayev Meydan TV-yə deyib ki, prokuror Mirqədirova Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq olunması ilə cəza istədi. Bu o deməkdir ki, 274-cü maddənin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də aşağı. Rauf Mirqədirova istinad edilən əməlin guya törədildiyi zaman qüvvədə olan qanunla ən yüngül cəza 10 il nəzərdə tutulurdusa, prokuror 62-ci maddənin tətbiqi ilə 7 il cəza istədi.

Proses dekabrın 23-də davam etdiriləcək.

Ana səhifəXəbərlərProkuror Rauf Mirqədirova cəza istədi