Prokuror Pərviz Həşimliyə 9 il cəza istədi VİDEO


Jurnalist ittihamları qəbul etmir və siyasi sifarişlə, saxta ittihamla həbs edildiyini bəyan edir

Mayın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə “Bizim Yol”un əməkdaşı və hüquq müdafiəçisi Pərviz Həşimlinin məhkəməsi keçirilib.

Meydan TV-nin məhkəmədə olan əməkdaşının bildirdiyinə görə, dövlət itihamçısı çıxış edərək P.Həşimliyə 9 il iş istəyib.

Pərviz Həşimli ötən ilin sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Jurnalistə qarşı odlu silahın və döyüş sursatının qaçaqmalçılığı və odlu silah saxlama maddələri ilə ittiham irəli sürülüb. Pərviz Həşimli ittihamları qəbul etmir və onunla birgə həbs olunan Təvəkkül Qurbanovun MTN-in adamı olduğunu deyərək, onun vasitəsilə şərləndiyini və siyasi sifarişlə, saxta ittihamla həbs edildiyini bəyan edir. Prokuror Təvəkkül Qurbanova da 9 il cəza istəyib.

“Amnesty İnternational”  Pərviz Həşimlini “vicdan məhbusu” kimi tanıyıb.

Ana səhifəVideoProkuror Pərviz Həşimliyə 9 il cəza istədi VİDEO