Prokuror məşqçiyə 8 il iş istədi

Ziya Məmmədovun qardaşı oğlu dostundan şikayət edib

Source:
Rövşən Heybətov
Rövşən Heybətov


Ziya Məmmədovun qardaşı oğlu dostundan şikayət edib

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədovun oğlunun şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunmuş idmançı dostu, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovun işi üzrə məhkəmə istintaqı başa çatıb.

Aprelin 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək, R.Heybətovun 8 il azadlıqdan məhrum edilməsini təklif edib.

Aprelin 27-də R.Heybətovun vəkili çıxış edəcək, daha sonra özü son sözünü deyəcək və ardınca da hökm oxunacaq.

İttihama görə, təqsirləndirilən R.Heybətov zərərçəkmiş Elnur Məmmədovdan birgə qəlyan biznesi qurmaq adıyla 212 min dollar pul alıb. Amma sonradan ona bildirib ki, Türkiyədə avtomobil qəzasına düşüb, pulları da həmin vaxt maşından götürüblər.

E.Məmmədov Türkiyədə xəstəxanada R.Heybətovu ziyarət etsə də, pulların qəzada maşından oğurlanmasına inanmadığını bildirib. O, daha sonra R.Heybətovdan Bakı Şəhər Baş Polis İdarəsinə şikayət edib. Sabiq deputat oğlunun şikayəti əsasında R.Heybətov həbs olunub. Sonradan ev dustaqlığına buraxılıb.

Məhkəmədə məlum olub ki, alınmış 212 min dolların böyük hissəsi qaytarılıb. R.Heybətov ona 40 min dollar borcu qaldığını bildirib və onu da qaytarmaq üçün vaxt istəyib.

E.Məmmədov isə 65 min dollar qaldığını iddia edir.

E.Məmmədov “Best of the Best” promoşn qrupunun prezidenti, həmçinin K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi olub.

Ana səhifəXəbərlərProkuror məşqçiyə 8 il iş istədi