Prokuror İlhamə Quliyevanın köməkçisinə iş istədi

“Mehriban Hüseynova İlhamə Quliyevanın 2 milyon 300 min manatını mənimsəyib”

Source:
Mehriban Hüseynova
Mehriban Hüseynova


“Mehriban Hüseynova İlhamə Quliyevanın 2 milyon 300 min manatını mənimsəyib”

Dekabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın həbsdə olan köməkçisi Mehriban Hüseynovanın məhkəməsi davam edib.

Meydan TV-nin məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrlik etdiyi iclasda prokuror çıxış edib. O bildirib ki, M.Hüseynovanın cinayət törətməsi istintaq və məhkəmə zamanı sübuta yetirilib. Prokurorun sözlərinə görə M. Hüseynova İlhamə Quliyevanın 2 milyon 300 min manat əmlakını ələ keçirmək üçün saxta vəsiyyətnamə düzəldib. Prokuror təqsirləndirilən şəxsə 8 il iş istəyib.

Proses dekabrın 27-də davam edəcək.

M.Hüseynova Cinayət Məcəlləsinin 29.180.3.2-ci (külli miqdarda soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ.Quliyevanın şikayəti əsasında saxlanılıb.

İ. Quliyeva bu il fevralın 25-də dünyasını dəyişib.

Ana səhifəXəbərlərProkuror İlhamə Quliyevanın köməkçisinə iş istədi