Problemli kreditlərlə bağlı təklif hazırlanıb

Əli Məsimli: ”Problemin ağırlığı bir tərəfin üzərində qalmamalı, 4 hissəyə bölünməlidir”

Foto: arxiv
Əli Məsimli
Əli Məsimli


Əli Məsimli: ”Problemin ağırlığı bir tərəfin üzərində qalmamalı, 4 hissəyə bölünməlidir”

“Manatın məzənnəsinin ucuzlaşması ilə bağlı xarici valyutada olan bank kreditlərində yaranmış problemin ağırlığı bir tərəfin üzərində qalmamalıdır. Ona görə də təklif edirik ki, xarici valyutadakı kreditlər 4 hissədə ödənməlidir. Bir hissəsini dövlət, bir hissəsini Mərkəzi Bank, bir hissəsini kommersiya bankları, bir hissəsini isə əhali öz üzərinə götürməlidir”.

Bunu Milli Məclisdə höklumətin illik hesabatının müzakirəsi zamanı deputat Əli Məsimli deyib. O bildirib ki, bunula bağlı təkliflər hazırlayaraq aiddiyyəti orqanlara göndəriblər. O, həmin qurumları təkliflərə həssas yanaşmağa və real işlər görməyə çağırıb.

Əli Məsimli əlavə edib ki, iki illik fasilədən sonra tədiyyə balansında da artım qeydə alındı. “Azərbaycan iqtisadiyyatının daralmasına 2017-ci ildə son qoyuldu və iqtisadiyyatda 0,1 faizlik müsbət göstərici qeydə alındı. Ölkə iqtisadiyyatının inkişafı üçün banklarla bağlı siyasətə yenidən qayıdılmalı, bankların sağlamlaşdırılması siyasəti təkcə Beynəlxalq Bankla məhdudlaşdırılmamalı, bütövlükdə banklar bu siyasətin tərkibinə daxil edilməlidir. Bankların yüksəkfaizli kreditlərdən imtinası yolu seçilməlidir. Bu, iqtisadiyyat üçün perpektivli yol deyil. Bankların daha perspektivli sahələrin – uğurlu biznes planların maliyyələşdirilməsinə keçilməlidir” – deyə deputat bildirib.

Əli Məsimli onu da vurğulayıb ki, ölkədə maaşların artırılması müsbət addım olsa da, il ərzində inflyasiyanın 6 faizdən yüksəyə qalxmasına imkan verilməməli, süni qiymət artımı, təhsil haqlarının artırılması kimi addımlara gedilməməlidir.

Ana səhifəXəbərlərProblemli kreditlərlə bağlı təklif hazırlanıb