Problemli kreditlər rekord həddə çatıb

Mərkəzi Bank problemli kreditlərin həcminin 1 mlrd 539.8 mln manat olduğunu açıqlayıb

Source:


Mərkəzi Bank problemli kreditlərin həcminin 1 mlrd 539.8 mln manat olduğunu açıqlayıb

Azərbaycanın bank sistemində problemli kreditlərin həcmi rekord həddə çatıb. Fins.az-ın məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı hesabatda bildirilir.

Hesabata görə, iyulun 1-nə ölkə banklarının ümumi kredit portfeli 18 mlrd 434.2 mln manat olduğu halda banklardakı problemli kreditlərin həcmi 1 mlrd 539.8 mln manata çatıb. Bu, indiyədək qeydə alınan ən yüksək göstəricidir.

Təkcə iyun ayında problemli kreditlərin məbləği 25.6 mln manat artıb.

Problemli kreditlərin kredit portfelində payı da artıb. Belə ki, hazırda kredit portfelində problemli kreditlərin xüsusi çəkisi 8.35%-dir. Bir ay əvvəl bu göstərici 8.3%, aprelin yekununda isə 7.4% olmuşdu.

Ana səhifəXəbərlərProblemli kreditlər rekord həddə çatıb