Prezidentlərin görüşünün vaxtı bəlli olub

Görüş Rusiyanın Sankt-Peterburq şəhərində baş tutacaq

Source:

Görüş Rusiyanın Sankt-Peterburq şəhərində baş tutacaq

Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ nizamlanması üzrə üçtərəfli görüşünün vaxtı məlum olub. Rusiya Xarici İşlər Nazirliyindəki mənbə “RİA Novosti”yə bildirib ki, görüş iyun ayının sonlarına planlaşdırılır.  Görüş Rusiyanın Sankt-Peterburq şəhərində baş tutacaq.

Rusiya XİN-dəki mənbə isə APA-nın Moskva müxbirinə deyib ki, hazırda belə bir görüşün keçirilməsinin mümkünlüyü araşdırılır: “Tərəflər razılıq versə, görüş barədə Prezident administrasiyaları məlumat yayacaq”.

İyunun 10-da Rusiya XİN Sankt-Peterburqda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı üçtərəfli sammitin keçiriləcəyi ilə bağlı məlumat yayıb.

Məlumatda Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinin Fransanın Rusiyadakı səfiri Jan Moris Riperlə Sankt-Peterburqda keçiriləcək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı üçtərəfli sammiti müzakirə etdiyi bildirilib.

Ana səhifəXəbərlərPrezidentlərin görüşünün vaxtı bəlli olub