Məlumatı Rusiya prezidentinin köməkçisi Yuri Uşakov yayıb
Rusiya prezidenti Vladimir Putinin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanla görüşü iyunun 20-də Sankt-Peterburqda keçiriləcək.
Məlumatı
RİA Novosti
agentliyinə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov verib.
“Əvvəlcə Putin hər iki dövlətin prezidentiylə ayrı-ayrılıqda görüşəcək, sonra üçtərəfglə görüş olacaq”,-deyə o, bildirib