Prezidentin qızının sahib olduğu şirkətin saytı hack olundu

Prezidentin qızı Arzu Əliyevanın sahib olduğu SilkWay Holdingə məxsus SilkWay Airlines saytı xakerlərin hücumuna məruz qalıb.

Source:

Prezidentin qızı Arzu Əliyevanın sahib olduğu SilkWay Holdingə məxsus SilkWay Airlines saytı (

SilkWayWest.com

) xakerlərin hücumuna məruz qalıb. Belə ki, xakerlər sayta keçid ataraq, onu “silkwaywest.bl.ee” saytına yönləndiriblər.

Saytda daxil olduqda xakerlərin məlumatları və sosial-ictimai mesajlar öz əksini tapır. Əsasən isə son günlər bahalaşan benzinlə bağlı “Benzin qalxdı. Xalq qalxmadı” ifadəsi qeyd olunub.

Onu da qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 2008-ci il dekabrın 11-də tərtib etdiyi səhmlərin emissiya prospektində “Silkwaybank”ın 3 təsisçi tərəfindən yaradıldığı göstərilir. Təsisçilərdən biri hüquqi şəxsdir: “Silk Way Airlines” şirkətidir. Bankın digər 2 sahibinin adları isə belədir: Əliyeva Arzu İlham qızı və Həmzəyeva Zərifə Kamil qızı.

Ana səhifəXəbərlərPrezidentin qızının sahib olduğu şirkətin saytı hack olundu