Hər həftə Prezident Administrasiyasına ayaq döyən şəhid ailələri bu dəfə şöbə müdiri Fuad Ələsgərovun qəbuluna gəliblər. Birdəfəlik ödəniləcək 11 min manatı ala bilməyən ailələrə keçən gəlişlərində vəd verilmişdi ki, 1 noyabrda şöbə müdiri onları qəbul edəcək. Amma onları Fuad Ələsgərov yox, onun köməkçisi qəbul edib.