7 avqustda Azərbaycan Elmi Tədqiqat Su Problemləri İnstutunun qarşısında üç aydır maaşlarını ala bilməyən İHİ adlı bir şirkətin işçiləri aksiya keçirib. Etirazçıların dediyinə görə, onlara iş təklif olunarkən lazım olan avadanlıqları özləri almalı imişlər. Sözügedən instutut bu şirkət vasitəsi ilə su və kanalizasiya xəttlərinin çəkilməsi üçün sifarişlər verirmiş. Daha sonra isə şirkət sahibləri sərf olunan pulu işçilərə qaytaracaqmış. İndi isə şirkətin işçilərə 334 min manatlıq borcu yaranıb.
Şirkətin pulunu ödəmədiyi işçilərdən biri Rövşən Cavadov deyir ki, 50 nəfərdən çox işçi bu vəziyyətdədir. “Bizə tək maaşımız baxımından borclu deyillər. Həm də iş getsin deyə özümüzün qoyduğumuz pulları da vermirlər. Mən məsələn generator almışdım”.
Daha sonra iş icraçısı Ramiz Cəbrayılov da etirazçılara qoşuldu. O, adıçəkilən İHİ yəni açması İlhamla Həmişə İrəli demək olan bu şirkətin insanları aldadaraq işlətdiyi ilk hall olmadığını deyir. Şirkət əməkdaşlarına bundan öncə də belə problemlər yaşadıb.
İş icraçısı Ramiz Cəbrayılov: Mən neynəməliyəm? Özüm evimi satdığa qoymuşam. Müqavilə bağlamasaq da aktımız var. İHİ şirkətinin açılışını deyim biləsiniz. İlhamla Həmişə İrəli deməkdir. Biz hamımız onu dəstəkləyirik. Qoy hamı bilsin ki, bu prezidentimizə ləkədir”.
Ortada çox maraqlı nüans var. İşçilər dəvət olunur və bütün işi onlar özü edir. Pulu işçilər qoyur, avadanlığı da özləri alırlar. İşə götürənlər isə pul belə ödəmədən hazıra-nazir olurlar. Elmi Tədqiqat Su Problemləri İnstutundan isə heç bir cavab gəlmir. Etirazçılar növbəti dəfə prezident aparatının qarşısında yığılacaqılarını deyirlər.