Prezident İlham Əliyev paytaxtın Xətai rayonunun icra başçısı Razim Məmmədovu vəzifəsindən azad edib
Dövlət başçısının bununla bağlı imzaladığı
sərəncam
da R.Məmmədovun vəzifədən azad edilməsi səbəbi göstərilməyib.
Məmmədov Razim İsa oğlu 21 iyun 1966-cı ildə Ermənistanın Sisiyan rayonunun Ağudi kəndində anadan olub. Əmək fəaliyyətinə 1983-cü ildə “Azərittifaq”ın Kitab Ticarəti idarəsində fəhlə və komplektləşdirici kimi başlayıb.
2004-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1999-cu ildə yaradılmış “Real-İnşaat” firmasının həmtəsisçisi, 2004-cü ildə Sumqayıt şəhərində yaradılmış “Real Tibb Mərkəzi” MMC-nin təsisçisi və direktoru olub.
Azərbaycan Respublikasının Prezidentinin 26 sentyabr 2006-cı il tarixli Sərəncamı ilə Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, üç övladı var.