Ölkə başçısı sərəncam imzalayıb
Prezident İlham Əliyev Şuşa şəhərində xüsusi nümayəndənin təyin edilməsi haqqında sərəncam
imzalayıb
.
Prezidentin yanvarın 27-də imzaladığı sərəncamla Aydın Kərimov dövlət başçısının Şuşa rayonunda xüsusi nümayəndəsi təyin edilib.
Meydan TV-nin əldə etdiyi məlumata görə, Aydın Zöhrab oğlu Kərimov vaxtilə Sosial Demokrat Partiyasının üzvü olub, uzun illər İsveçdə yaşayıb.
Şuşa rayonu ötən ilin 8 noyabrında işğaldan azad edib.
1930-cu ildə yaraılmış Şuşa şəhəri Kiçik Qafqazın Qarabağ silsiləsində yerləşir.
289 km² ərazisi olan Şuşanın 2016–cı ildəki hesablamalara görə, 32.8 min nəfər əhalisi olub.
Şuşa ərazisinə bir şəhər və 31 kənd daxildir.
Mərkəzi Şuşa şəhəridir. Şəhər 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Şəhərin işğal tarixi 8 maydır. Şuşa əhalisi Azərbaycanın müxtəlif rayonlarında yaşayır.