”Prezident sahibkarların müraciətlərini nəzərə alıb”

Prezident qərar verib ki, bu qaydaların tətbiqi müvəqqəti olaraq dayandırılsın. Yəqin ki, sənədləşdirmə işləri başa çatdıqdan sonra ayrıca qərar veriləcək

Source:


Prezident qərar verib ki, bu qaydaların tətbiqi müvəqqəti olaraq dayandırılsın. Yəqin ki, sənədləşdirmə işləri başa çatdıqdan sonra ayrıca qərar veriləcək

Vergilər Nazirliyinin müavini Sahib Ələkbərov AZTV-yə müsahibəsində belə deyib.

Onun sözlərinə görə,  sahibkarların ölkə başçısına çoxsaylı müraciətlərini nəzərə alaraq bu qərar qəbul edilib: “Bu gündən etibarən spirtli içkilərin nağd qaydada satılmasında heç bir problem olmayacaq. Ticarət müəssisələrində 86 mindən artıq post-terminallar quraşdırılıb. Əlavə post-terminallar quraşdırmaq imkanlarımız da var. İnsanlarımız buna alışmadılar. Bu məsələni geniş təbliğ etməyə ehtiyac var. Kartlar da var. Həmçinin bu gün Azərbaycanda 6 milyondan artıq ödəniş kartı da var. Sadəcə insanların özləri buna hazır olmalıdırlar”.

Sahib Ələkbərov deyib ki, həm də sahibkarlar müraciətlərində spirtli içkilərin sənədləşməsi ilə bağlı problemlərin olduğunu bildiriblər: “Sənədləşmə işlərinin başa çatdırılması üçün sahibkarların müraciətləri nəzərə alınıb. Bu qərar imkan verəcək ki, sahibkarlar sənədləşmə işlərini başa çatdırsın. Eyni zamanda, bundan sonra  mağazalarda vətəndaşlar həm nağdsız, həm də nağd formada spirtli içkilər ala bilərlər. Prezident qərar verib ki, bu qaydaların tətbiqi müvəqqəti olaraq dayandırılsın. Yəqin ki, sənədləşdirmə işləri başa çatdıqdan sonra ayrıca qərar veriləcək”

Ana səhifəXəbərlər”Prezident sahibkarların müraciətlərini nəzərə alıb”