Prezident ölkənin silkələnəcəyini anons edib

Hökumət hələ də fəaliyyət proqramını formalaşdırmayıb

Source:


Hökumət hələ də fəaliyyət proqramını formalaşdırmayıb

Düz bir il sonra, yanvarın 10-da Azərbaycan prezidenti İlham Əliyev hökumətin 2015-ci ilin yekunlarına və cari ilin qarşıda duran vəzifələrinə həsr olunmuş ənənəvi iclasını keçirib. Hər iki yanvar iclasları bütün əvvəlki iclaslardan böhran motivləri ilə fərqlənirdi.

Manatın devalvasiyasından şok olmuş əhali sonuncu iclasdan maliyyə böhranının səbəbləri və nəticələri haqqında suallara cavablar və qeyri-müəyyən gələcəkdə hərəkət istiqamətlərini gözləyirdi. Lakin televizor ekranlarında prezident dəlinmiş gəminin özündənəmin və soyuqqanlı kapitanı kimi görünməyə çalışırdı. Milli valyutanın 100 faizdən artıq devalvasiyası, qiymətlərin 80 faizlik artımı, əməkhaqqı və təqaüdlərin indeksasiyasının aparılmaması mövzularına toxunmayan prezident, əvvəllər də olduğu kimi, iqtisadiyyatın inkişafından, qeyri-sabit geosiyasi dünyada sabitlik adacığından danışıb.

Amma yenə də, ötənilki iclasdan fərqli olaraq, onun özünü itirmiş komanda qarşısında yekun nitqi daha çox konkretliklə dolu idi. Buraya aşağıdakıları aid etmək olar:


– Yaxın gələcəkdə struktur islahatlarının həyata keçirilməsi,


– elastik idarəetmə mexanizmlərinin yaradılması,


– qeyri-neft sektorunun prioritet inkişafı və neftdən asılılığın maksimum azaldılması,


– Fonddan dövlət büdcəsinə transfertlərin azaldılması,


– vergi bazasının genişləndirilməsi,


– gömrük sənədləşdirməsində və ixrac-idxal əməliyyatlarında şəffaflığın təmin edilməsi,


– maliyyə nəzarətinin gücləndirilməsi,


– ictimai nəzarət mexanizmlərinin tətbiqi,


– biznes mühitinin yaxşılaşdırılması,


– nağdsız ödənişlərin artırılması,


– maliyyə təşfiqi mexanizmlərinin genişləndirilməsi,


– sahibkarlara imtiyazlı kreditlər verilməsinin davam etdirilməsi,


– bank sektorunda islahatlar aparılması,


– özəl bankların ölkə iqtisadiyyatının inkişafında fəal iştirakı,


– 2016-cı ildə təqaüdlərin və əmək haqlarının artırılması


– kənd təsarrüfatında islahatların genişləndirilməsi,


– əhalinin su, qaz və elektrik enerjisi ilə təmin edilməsinin yaxşılaşdırılması,


– regionlarda sənaye zonalarının yaradılmasının sürətləndirilməsi,


– dotasiya hesabına yaşayan rayonların iqtisadi səmərəliliyinin artırılması,


– rayonların icra hakimiyyəti başçılarının görülmüş işlər haqqında rüblük hesabatı,


– turizm və nəqliyyat sektoruları və logistika prioritet sahələr olaraq göstərilib,


– inşaat sektorunda açıq və şəffaf tenderlər keçirilməsi və bu sahədə yerli şirkətlər üçün üstünlüklər yaradılması,


– paytaxt nəqliyyatının vahid sistemə keçidinin sürətləndirilməsi,


– ekoloji məsələlərin həlli,


– sənədlərin verilməsi prosedurlarını sadələşdirən yeni “Asan xidmət” mərkəzlərinin açılması və onlara əlavə səlahiyyətlər verilməsi.

Prezidentin nitqindən görünür ki, böhrandan çıxış yolları məsələsi hazırlıq mərhələsindədir və bundan əvvəlki “böhran” iclasından bir il keçsə də, hökumət hələ də fəaliyyət proqramını formalaşdırmayıb.

Antiböhran siyasəti proqramının hər hansı konturlarının fevraldan əvvəl özünü göstərəcəyini gözləməyə dəyməz. Bu, prezidentin prioritetlər siyahısında struktur dəyişiklikləri həyata keçirilməsini və elastik idarəetmə mexanizmlərinin tətbiqini yaxın gələcəyin vəzifələri kimi göstərdiyi nitqindən görünür. Buradan belə çıxır ki, hakimiyyət kabinetlərində tədbirlər işlənib hazırlanır və tezliklə hökumətdə yenidənqurma və yenidən qruplaşma, antiböhran islahatları adı altında yeni nazirlər kabinetinin formalaşdırılmasını gözləmək olar.

O vaxta qədər isə Əliyevin sözlərindən göründüyü kimi, onun komandası neft qiymətlərinin azalacağı haqqında növbəti proqnozlar fonunda dərinləşməkdə olan iqtisadi böhranın qaçılmaz nəticələri kimi manatın devalvasiyasının və qiymətlərin yüksəlməsinin sürətini azaltmaq məqsədilə inzibati vasitələri tətbiq edəcək.

Bu halda prezidentin nitqini tədqiq edən ekspertlər böhran təmayülünün sürətlənməsindən və islahatların uzadılması şəraitində oxlokratiya proseslərinin təzahür etməsindən ehtiyatlanır. Belə hallarda Vladimir Leninin inqilabi vəziyyətdəki klassik nəzəriyyəsindən sitat yada düşür: “Ləngimə həqiqətdə ölüm kimidir, Yoldaşlar”.

Ana səhifəXəbərlərPrezident ölkənin silkələnəcəyini anons edib