Prezident Nardarana 12 milyon manat ayırdı

“Qəsəbədə 1000-ə yaxın evə elektrik enerjisinin verilişi bərpa edilib”

Source:


“Qəsəbədə 1000-ə yaxın evə elektrik enerjisinin verilişi bərpa edilib”

Prezident İlham Əliyev Bakının Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbədəki sosial-mədəni infrastrukturun yenilənməsi, qəsəbənin sosial problemlərinin həlli məqsədilə 12 milyon manat məbləğində vəsait ayrılması üçün sərəncam imzalayıb.

APA iddia edir ki, son bir ayda qəsəbənin nəqliyyat sistemi yenidən təşkil edilib, böyük miqdarda borclara baxmayaraq 1000-ə yaxın evə elektrik enerjisinin verilişi bərpa edilib: “Həmçinin Azərbaycan hökuməti “Azərişıq”, “Azərsu”, “Azəriqaz” və “Azəravtoyolservis” rəhbərlikləri qarşısında qəsəbənin sosial problemlərinin həlli istiqamətində konkret tapşırıqlar qoyub”.

Ana səhifəXəbərlərPrezident Nardarana 12 milyon manat ayırdı