Prezident İlham Əliyev pambıqçılıqda məhsuldarlıqdan razı deyil

Natiq Cəfərli: “İndiki yanaşma və idarəetmə üsulu pambıqçılığa xeyir verməyəcək”

Source:
İlham Əliyev
İlham Əliyev

Natiq Cəfərli: “İndiki yanaşma və idarəetmə üsulu pambıqçılığa xeyir verməyəcək”

“Biz pambıqçılığı daha səmərəli inkişaf etdirməliyik. Məhsuldarlıq artmalıdır. Keçən ilin məhsuldarlığı bizi qane etmədi”.

Bunu Prezident İlham Əliyev oktyabrın 9-da Nazirlər Kabinetinin iclasında çıxışı zamanı

deyib.

O, qeyd edib ki, bunun da səbəbləri var.

“Göstəriş verilib, səbəblər araşdırılacaq. Biz pambıqçılığı məhsuldarlıq hesabına inkişaf etdirək”.

Prezident 2016-cı ildə Azərbaycanda 90 min ton pambıq tədarük edildiyini söyləyib:

“2015-ci ili mən demirəm, o illərdə, ümumiyyətlə, məhsuldarlıq çox aşağı idi. Keçən il 207 min ton, yəni, 2 dəfədən çox, bu il isə 250-260 min ton pambıq tədarükü nəzərdə tutulub. Artım dinamikası çox müsbətdir. Hazırda ölkədə pambıqçılıq sahəsində 190 mindən çox insan işləyir. Bax, biz pambıqçılığı inkişaf etdirməyə başlayandan sonra bu insanlar işlə təmin olundular. Biz pambığın alış qiymətini bir neçə dəfə artırmışıq. Bu yaxınlarda son dəfə artırdıq ki, pambıqçılıqla məşğul olanlar daha çox pul qazansınlar. Bu gün 190 min insanın işi var”.

Prezident İlham Əliyev məhsuldarlığı böyük dərəcədə artırmağın mümkünlüyünə də toxunub. O, deyib ki, məhsuldarlıq hektardan minimum 20 sentner olmalıdır:

“Ancaq indi biz bilirik ki, müasir texnologiyaların tətbiq olunduğu, düzgün aqrotexniki xidmət göstərildiyi bir vaxtda məhsuldarlıq daha da artır. Mən rəqəm səsləndirmək istəmirəm, ancaq hesab edirəm ki, burada inkişaf üçün çox böyük potensial var”.

Natiq Cəfərli
Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli vəziyyətin belə olacağının gözlənilən olduğunu söyləyib.

İqtisadçı deyib ki, pambıqçılıqda əsas hədəf əkin sahəsini genişləndirmək olmamalı idi. Ancaq Azərbaycanda bu yolu tutdular:

“Otlaq və yem sahələrində pambıq əkdilər – ətin qiyməti qalxdı. Əsas məsələ, məhsuldarlıq və keyfiyyətdir! Yəni, biz pambıqdan gəlir götürmək istəyiriksə, hər hektardan, azı, 20-30 sentner pambıq yığmalıyıq ki, bunun da heç olmasa, 10 faizi əla növ, 50 faizi1-ci növ, qalanı isə 2-ci, 3-cü və 4-cü növ olsun. Məhz o zaman bu sahənin ölkəmizə xeyri dəyə, qazanc gətirə bilər”.

Ana səhifəXəbərlərPrezident İlham Əliyev pambıqçılıqda məhsuldarlıqdan razı deyil