Prezident icra başçılarının yerini dəyişdi

Saatlı və Sabirabad rayon icra hakimiyyəti başçıları bir-birini əvəz edəcək

Source: Meydan.TV

Prezident İlham Əliyevin sərəncamları ilə Sabirabad və Saatlı rayonunlarının icra hakimiyyətləri başçılarının yeri dəyişdirilib.

Belə ki, bugünədək Saatlı Rayon İcra Hakimiyyətinin başçısı olan Siraqəddin Nəcəf oğlu Cabbarov bundan sonra Sabirabad rayonuna rəhbərlik edəcək.

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim Mehdi oğlu İsmayılov isə Saatlı rayonunun icra başçısı olacaq.

Siraqəddin Cabbarovun adı son vaxtlar müxalifətçi gənclərin toyunu əngəlləməkdə hallandırılırdı. Sosial şəbəkələrdə və yerli mətbuatda yazılanlara görə, icra hakimiyyəti başçısının tapşırığı ilə AXCP Saatlı rayon şöbəsinin sədri Şamil Hacıbəylinin qızının restoranda toy etməsinə icazə verilməyib. Nəticədə toy Ş.Hacıbəylinin yaşadığı evin həyətində baş tutub.

Ana səhifəXəbərlərPrezident icra başçılarının yerini dəyişdi