Məhkəmələrdə nümayəndəlik institutu 2018-ci il yanvarın 1-dən ləğv edilir
Prezident İlham Əliyev Mülki və Prosessual məcəllələrə məhkəmələrdə nümayəndəlik institutunun ləğv edilməsini nəzərdə tutan dəyişiklikləri imzalayaraq,
təsdiqləyib
.
Dəyişikliklər 2018-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Dəyişikliklərə əsasən, məhkəmələrdə inzibati və mülki proseslərdə vətəndaşları yalnız vəkillər təmsil edə bilərlər. Vətəndaşın nümayəndəsi qismində yalnız onun yaxın qohumu sayılan insanlar çıxış edə bilər.
Hüquqşünasların narazı qaldığı qanun layihəsini parlament oktyabrın 31-də qəbul edib.
Hüquqşünaslar bildirirlər ki, Azərbaycanda vəkillərin sayı kifayət qədər deyil və belə bir qanun vətəndaşları məhkəmələrdə müdafiəsiz qoyur.
Bununla bağlı bir qrup hüquqşünas prezidentə müraciət edərək, dəyişiklikləri təsdiq etməməyə çağırmışdılar. Praktik Hüquqşünaslar Birliyi dəyişikliklərə etiraz olaraq noyabrın 18-də Məhsul Stadionunda mitinq keçirəcəklərini də bəyan ediblər.