Ramanadakı 1963-cü ildən fəaliyyət göstərən sovxozdan geriyə yalnız bu görüntülər qalıb. Bu sakinlər sovxoz işçiləridir. SSRİ-nin çöküşü ilə insanlardan torpaq problemi dövlətlə münaqişə səviyyəsinə çatdı. Sovet dönəmində insanlar, kolxozda işləsələr də, həyatyanı sahələri olurdu. Amma bu gün müstəqil Azərbaycanda insanlar həyatyanı sahələrə möhtac qalıb. Elə Ramana sakinlərinin də əsas problemlərindən biri budur. Yenə də məmur özbaşnalığı və oliqarx müdaxiləsi yerli əhalini narazı salır.
Ramana sovxozunun direktoru İmamaverdi Qəmbərov isə sovxoza aid olan 230 hektar torpaq sahəsinin olduğu kimi qaldığını və heç kimə satılmadığını dedi. Satılan torpaq səhələrinin isə sovxoza heç bir aidiyyatının olmadığını vurğuladı