Şahdağ qış-yay turizm kompleksinin inşa olunması üçün 82 mülkiyyətçinin torpağı məhkəmə qərarı olmadan müsadirə olunub. 2010-cu ildən bu vaxta qədər onlara kompensasiya verilməyib. Kompleksin tikintisi üçün əraziyə yaxın 24 ev də başqa yerə köçürülüb.
Kompleksin ərazisində 4 otel yerləşir. Bu otelləri “Pasha Hotels and Resorts” şirkəti idarə edir. Şirkət 2013-cü ilin avqustunda qeydiyyatdan keçib. Şirkətin təsis sənədlərindən aydın olur ki, Pasha Holdinqə məxsusdur. Araşdırmaçı jurnalist Xədicə İsmayılovanın Çexiya araşdırmasından məlumdur ki, “Pasha Holding” Arif Paşayevin adına qeydiyyatdan keçib. “Ador” MMC isə ölkə başçısı İlham Əliyevin qızları Leyla və Arzu Əliyevalar, xanımı Mehriban Əliyevanın yaşadığı ünvana rəsmiləşdirilib.
Bu yazı 11 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 21 Yanvar 2014 15:51
Qısa link: https://storage.googleapis.com/qurium/www.meydan.tv/az-article-prezident-ailesine-mexsus-sahdag.html
Ana səhifə ▸ Video ▸