Dəmiryolçu kişi qatar bələdçiləri ilk öncə aksiyanı “Dəmiryol QSC”-nın qarşısında sonra isə Prezident Administrasiyasının qarşısında davam ediblər. Aksiyaya səbəb bələdçilərin heç bir əsas göstərilmədən işdən çıxarılmalarıdır. Bələdçilər qurum rəhbərliyindən onların xəbərdarlıq edilmədən işdən çıxarılaraq, yerlərinə qadın bələdçilərin təyin olunmasının aydınlaşdırılmasını tələb edirlər.