Zibeydə Qəmbərova “Sovetski”də evi sökülən sakinlərdən biridir. O deyir ki, “Sovetski”ni sökən zaman həyəti üçün də kompensasiya ödəniləcəyini bildiriblər:
“İndi gəlmişəm bura. Ümidimiz prezidentədir. Çünki prezident deyib ki, vətəndaşları razı salın. Demirəm, mənə guzəşt edilsin. Mənə haqqımı versinlər. Ərizə yazmışam ki, bu ev babamdan qalıb. 45 il Neft Şirkətində işləmişəm. Sonra qəzaya düşmüşəm, qolum-qıçım sınıb. Mən orda çürümüşəm. 82 yaşım var. İndi şəhərin mərkəzində olan evimi sökürsən. Həyətimin pulunu niyə vermirsən?”
Zibeydə Qəmbərova danışır ki, dəfələrlə Abid Şərifovun qəbulunda olub. Qəbuldan onu Yasamal rayon İcra Hakimiyyətinə və Maliyyə Nazirliyinə göndəriblər. Şikayətlərinə cavab gəlmədiyinə görə Prezident Administrasiyasına üz tutub:
“Az qalıb o qəbulda süpürgəçini otuzdursunlar ki, bizi qəbul eləsin. Mən də özümə görə bir adam olmuşam. Mədəni geoloq olmuşam. Qara qızılı mən çıxarmışam. Bu gün qapıları gəzirəm, ələ salınıram. Nə qocalara hörmət var, nə qanun, nə də qayda var”.
__
Bu videonu izləyən hər kəs həm də MeydanTV-nin “Xalqın Xəbəri” vətəndaş jurnalistikası layihəsində iştirak edə bilər. Belə ki, qeyd etdiyiniz videoları, çəkdiyiniz fotoları, bildiyiniz məlumatları bizimlə paylaşa bilərsiniz.
Whatsapp nömrəmiz: +49 176 16263646